Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT
“Biz Gürcüstandakı mövcud vəziyyətdən çox narahatıq”.
Versus.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının 13 ölkəsinin yaydığı bəyanatda deyilir.
“Beynəlxalq müşahidəçilər seçki kampaniyası zamanı, eləcə də səsvermə zamanı qanun pozuntuları aşkar ediblər. Biz beynəlxalq standartların bütün qanun pozuntularını pisləyirik. Eyni zamanda şikayətlərin qərəzsiz araşdırılmasını və aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb edirik. Bu çətin zamanda biz gürcülərin tərəfindəyik. Etirazların, xüsusən də hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir. Qanunun aliliyinin, azad və ədalətli seçkilərin qorunması Gürcüstanın Qərbə inteqrasiyasının tərkib hissəsidir. Eyni zamanda Macarıstanın Baş naziri Viktor Orbanın Gürcüstana vaxtından əvvəl səfərini tənqid edirik. O, Aİ adından danışmır”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, bəyanatı Çexiya, Danimarka, Almaniya, Estoniya, Finlandiya, Fransa, İrlandiya, Litva, Hollandiya, Lüksemburq, Polşa, Portuqaliya və İsveçin xarici işlər nazirliklərinin nümayəndələri imzalayıblar.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ