"Əli İnsanovla da dostluq edəcəklər, hələ şeytanla da..."

11:32 21-06-2020 | icon 945 | Siyasət
"Əli İnsanovla da dostluq edəcəklər, hələ şeytanla da..."

Hafiz Hacıyev: "Artıq əməllərinin üstü açılıb və böyük narahatlıqları var"

 

"Əli İnsanov çaşıb. İndi qocalıb da, qocalan insanın ağlı gedir. Onun danışdıqları xülyadı. Hər halda əgər hakimiyyətə gələcək olsaq, bizlər gələcəyik, buna heç kim narahat olmasın. Özü də bu gün hakimiyyətdə ölkə prezidenti var, o, çox yüksək səviyyədə dövləti idarə edir və bu idarəçilikdə də müəyyən irəliləyişlər var. Lakin onun ətrafında olanların hamısı xəyanətkardır".

 

Versus.Az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sabiq səhiyyə naziri Əli İnsanovun "Azərbaycanda 4 müxalifət partiyasının və YAP-ın iştirakı ilə yeni hökumət formalaşdırılmalıdır" fikrinə münasibət bildirərkən deyib.

 

Əli İnsanovun dediklərini mənasız sayan partiya sədri bildrib ki, gələcək koalisiya olacaqsa, MMP-nin iştirakı olmadan heç kim heç bir şeyə nail olmayacaq:

"Əgər lazım olarsa, Əli İnsanovu bir aya, hətta 10 günə koalisiya qurmaq istədiyi qüvvələri məhv edib pis günə salarıq. Sadəcə ağsaqqaldır, istəmirik ki, 3-5 illik ömrü qalıb, onu da geri salaq".

 

Əli İnsanovun “boz kardinal”ı və "qorxma, qorxma" deyənləri

 

Ə.İnsanovun son vaxtlar baş verən hadisələrin kontekstində fəallaşmasına da toxunan H.Hacıyevin fikrincə, sabiq səhiyyə nazirinin aktivləşməsi ancaq “boz kardinal”la və ona "qorxma, qorxma" deyənlərlə bağlıdır ki, onların da əksəriyyəti hökumətdə təmsil olunan qüvvələrdir:

"Onlarla çox gizli əlaqələri var. O, parlamentdə Ramiz Mehdiyevin təyin etdiyi deputatlarla sıx təmaslar qurub. O cümlədən bəzi partiyalarla gizli şəkildə işləyirlər. Əslində, buna görə də elə bir böyük narahatlığımız yoxdur. Sadəcə olaraq, biz də ehtiyatı əldən vermək istəmirik, çünki ölkəni qarışdırmaq istəyirlər. Son hadisələrin şahidi olmuşuq. Bunun hamısının başında duran islahatlara maneə törətmək istəyən qüvvələrdir. Onlar çalışırlar ki, qarışıqlıq yaratsınlar və prezidentin başı bu qarışıqlığa qarışsın, nəticədə isə onlar yaddan çıxsın. Bu gün onlar qorxduqları üçün Əli İnsanovla da dostluq edəcəklər, hələ şeytanla da… Çünki artıq əməllərinin üstü açılıb və böyük narahatlıqları var. Həmçinin xaricdən müəyyən qüvvələr var ki, bunları maliyyələşdirirlər".

 

Bu insanların prezidenti islahatlardan yayındırmağın yolunu çevriliş etməkdə gördüyünü vurğulayan MMP sədri deyir ki, ən qorxulusu hakimiyyətin daxilində olan “boz kardinal”, Eldar Mahmudov və Ziya Məmmədovdur:

 

“Prezidentin ətrafında hüquqa əks qüvvələr var”

 

"Bu qüvvələrin başında Ramiz Mehdiyev dayanır. Həmçinin xaricdə olan qüvvələrin, Cəmil Həsənlinin də rolu var. Onların hamısını danışdıran o "boz kordinal"dır. Elə partiya var ki, Ramiz Mehdiyev ora dörd adam salıb. Öz adamlarının hamısını təyin edib. Parlamentdə zamanla görəcəyik, hansı qüvvələr prezidentin əleyhinə qalxır. Biz prezidentlə bir yerdəyik və sonadək də onun qorunması üçün əlimizdən nə gəlirsə, edəcəyik, ona görə də mən narahat deyiləm. Bu gün Əli İnsanov Ramiz Mehdiyevlə birləşib, Eldar Mahmudovla gizli əlaqələr qurublar və bunlar düşünürlər ki, Azərbaycanda hakimiyyətə gələcəklər. Amma bu, mümkün məsələ deyil.

Burdan Əli İnsanova müraciət edirəm ki, ağıllı olsun, ondan "baba müxalifət" olmaz, nə də hakimiyyətə gələn olmaz, biz hakimiyyəti ona verən deyilik. “Boz kardinal” da arzusuna çatmayacaq. Nə olub? Allaha şükür, bu gün ölkənin prezidenti Azərbaycanı tam, ağılla idarə edir. Bizdə ciddi məlumatlar var, o məlumatların hamısını vermişik.

Bu gün də Ramiz Mehdiyev komandasını Prezident Aparatında yerləşdirib. Rayon icra hakimiyyətlərini iflic vəziyyətinə salıb. Nə qədər rüşvət varsa, icra hakimiyyətlərində tuturlar və onların hamısı gəlib ona bağlanır. Bu gün rayonlarda da sanki icra hakimiyyətlərinə göstəriş veriblər ki, ölkəni belə vəziyyətə salın. Bu baxımdan deyirəm ki, prezidentin ətrafında hüquqa əks qüvvələr var. Əli İnsanov da müsahibəsində açıq deyir ki, mənə oradan bütün məlumatları çatdırırlar. Sadəcə olaraq bu məlumatların qarşısı alınmalıdır”.

 

“Ramiz Mehdiyev akademiyada, bağda gizli görüşlər keçirir”

 

Zakir Qaralovun Azərbaycan dövlətinin bir milyardını oğurlayıb Gürcüstanda qoyması, müəyyən kazinolar açması, Ziya Məmmədovun Türkiyədə 50 milyona böyük bir şəbəkə yaratmasından danışan H.Hacıyev bildirdi ki, bu insanların hamısı dövlətə zərər verənlərdir:

“Fazil Məmmədov da oradadır. Mən zamanında dedim ki, onları boş buraxmaq olmaz, tutulmalıdırlar. Xalqdan oğurladıqları qaytarılmalıydı. Bu, olmadı. Pulları var, o pulların hesabına Azərbaycanda istədiklərini edirlər, onların övladları da xaricdədir.

Müxalif qüvvələr çox ciddi koalisiya qurublar. Keçmiş qvardiya üzvlərinin balalarının hamısı xaricdə səpələnib. Ölkə əleyhinə çıxanlar elə onlardır. Onlar qorxulu fenomendir. Amma tam nəzarətdədir. Mən düşünürəm ki, DTX sədri Əli Nağıyev işinin öhdəsindən gələn adamdır. Biz onlara əlimizdəki faktları mətbuat vasitəsilə veririk və verəcəyik. Köhnə qvardiyanın başında dayanan Ramiz Mehdiyev akademiyada, bağda gizli görüşlər keçirir və nə qədər çıxan nazirlər varsa, əlaqələri var. Vəzifəsindən çıxan mədəniyyət naziri ilə kirvədirlər”.

 

“Əlləri dövlətin əleyhinə gedən qüvvələrin cibindədir”

 

H.Hacıyevin fikrincə, R.Mehdiyev və ətrafı bilirlər ki, müəyyən nazirlər yenə həbs ediləcək, bunu həzm edə bilmirlər. Partiya sədrinin fikrincə, onların əlləri dövlətin əleyhinə gedən qüvvələrin cibindədir və gizli-gizli işləyirlər:

“Bunlara qarşı ciddi tədbirlər görülməli, gözləmədən əksəriyyəti həbs edilməlidir. Əgər Sərhəd Xidmətinin müavini tutulubsa, digərləri niyə qalmalıdır? Bunların hamısını nəzərə almalıyıq. İndi də vəzifədə olanların çoxu rüşvətxor, korrupsioner, işlərini bilməyən insanlardır. Zamanında hərəsini bir tərəfə sırıyıblar. Əgər bu gün yoxlama aparılsa ki, ASAN Xidmət mərkəzlərinə neçə milyardlarla pullar yeyilib, keçmiş kənd təsərrüfatı nazirini hansı formada oraya sırıyıblar - bunların hamısı bəlli olacaq. Bu gün nazirin əgər iki qardaşı nazir müavinidirsə, bir əmisi Xızı rayon İcra Hakimiyyətinin başçısıdırsa, imza çəkə bilmirsə, bunlara baxılmalıdır. Ali Məhkəmənin sədri özü bu saat yerində deyil. Bunlar hamısı komandadır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI