Azərbaycan proporsional qaydanı tətbiq edə bilərmi?

13:55 25-06-2020 | icon 502 | Siyasət
Azərbaycan proporsional qaydanı tətbiq edə bilərmi?

Müxalif partiya sədrləri bunu vacib sayır, YAP deputatından açıqlama: “Nə zamansa qarışıq seçki sisteminə keçid zərurəti olarsa, dövlətin maraqları məhz bunu tələb edərsə, yəqin ki, o zaman məsələ gündəmə gələcək”

Gürcüstan seçki sistemini dəyişdi. Ölkə parlamenti iki gün öncə ilk oxunuşda proporsional seçki sistemi üstün mövqeyə gətirilməklə qarışıq seçki sisteminə keçidi təsdiqləyib. Gürcüstanda 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq. Parlament təmsilçiliyi qazanmaq üçün 5 faizlik baryer isə 1 faizə endirilib. Eyni zamanda yeni dəyişikliyə görə, 40 faizdən az səs toplamış partiya təkbaşına hökumət formalaşdıra bilməz.

Qeyd edək ki, qonşu ölkənin hakimiyyəti və müxalifəti hələ bir il öncə proporsional seçki sistemini üstün mövqeyə gətirilməklə qarışıq seçki sisteminə bu şəkildə keçmək barədə razılığa gəlmişdilər. Bundan sonra konstitusiyada dəyişiklik edilmişdi. Bu dəyişikliyə qədər Gürcüstan parlamentində 77 deputat proporsional qaydada, 73 deputat majoritar qaydada seçilirdi.

Azərbaycanda isə hazırda proporsional seçki sistemi mövcud deyil. Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin ya tamamilə proporsional, ya da həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb.

Azərbaycan da proporsional seçki sistemini bərpa edə və qarışıq sistemə keçə bilərmi? Bunun üçün nə lazım? Ümumiyyətlə, lazımmı?

Deputat Aydın Hüseynov Vahid Əhmədovu gərginlik yaratmaqda SUÇLADI ...

Versus.az Yeni MÜsavata istinadla bildirir ki, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov bildirib ki, əvvəla, seçki sisteminin dəyişdirilməsi yalnız o halda mümkündür ki, qanunvericilikdə, Konstitusiyada dəyişiklik həyata keçirilsin. Konstitusiya dəyişikliyi isə referendumla həyata keçirilir. İkincisi, bu gün Azərbaycanda rəsmi gündəmdə seçki sisteminin dəyişdirilməsi məsələsi, bu barədə müzakirə yoxdur: “Üçüncüsü, Azərbaycan artıq 18 ildir majoritar seçki sistemini tətbiq edir. Bu sistemlə 2005-ci, 2010-cu, 2015-ci, 2020-ci ildə parlament seçkiləri keçirilib. Bu seçkilərin hamısı kifayət qədər yüksək səviyyədə, siyasi qüvvələrin rəqabəti şəraitində keçib. Yəni ortada müsbət təcrübələr var. Nə zamansa qarışıq seçki sisteminə keçid zərurəti olarsa, dövlətin maraqları məhz bunu tələb edərsə, yəqin ki, o zaman məsələ gündəmə gələcək. Çünki Azərbaycan hakimiyyəti dövlətin, xalqın maraqlarını üstün tutur və addımlar buna uyğun atılır”.

Azərbaycanın müxalifət partiyaları isə uzun müddətdir proporsional seçki sisteminin bərpa olunmasını istəyir.

Sərdar Cəlaloğlu ADP-də “fövqəladə vəziyyət” elan edib: “Bütün ...

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, proporsional seçki sistemi çoxpartiyalı dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir: “Bu seçki sistemi ilə parlamentə seçilən şəxslər bir siyasi komanda kimi dövlət quruculuğunda fəal iştirak edirlər. Komandanın hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq, ölkədə islahatların bilavasitə həyata keçirilməsi və ya həyata keçirilməsi təklifləri ilə çıxış etməsi üçün imkanlar əldə olunur. Eyni zamanda siyasi partiyalara cəmiyyətdə ehtiyac daha da artır. Demokratik cəmiyyət quruculuğuna yeni başlayan postsosialist ölkələrində proporsional seçki sistemi tətbiq olunur. Beynəlxalq birliyin də bunu tələb etməsinin səbəblərindən biri çoxpartiyalı sistemin formalaşıb güclənməsində bu seçki sisteminin ciddi əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Demokratik ölkələrin mütləq əksəriyyətində yalnız proporsional seçki sistemi mövcuddur. Azərbaycan ilk növbədə hələ postsovet məkanında və Şərqi Avropa ölkələrinin təcrübəsindən istifadə edərək demokratiyaya doğru inkişafa nail olmağa çalışmalıdır. Postsovet ölkələri dedikdə mən Ukraynanı, Gürcüstanı, Baltikyanı respublikaları nəzərdə tuturam. Proporsional sistem demokratiyanın atributlarından biridir, partiyaların inkişafına stimul verir. Majoritar sistemdə isə partiya inkişaf edə bilmir. Proporsional qaydada seçilmək millət vəkilinə daha çox hüquq verir. Proporsional seçki sistemi həm demokratikləşmənin inkişafı, həm də siyasi təkamül və partiyaların siyasi həyatda iştirakı baxımından vacibdir. Çoxpartiyalı siyasi sistemlərdə baş aktyor partiyalardır, şəxslər deyil. Majoritar sistemdə isə fərdi keyfiyyətlər əsas götürülür ki, bunun da ümummilli məsələlərə elə də aidiyyəti yoxdur”.

Tural Abbaslının başı qarışıqdır: İmzaları toplaya bilmir

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, müxalif partiyalar artıq illərdir bu məsələnin həyata keçməsinə çalışır və bu gün də həmin mövqedədirlər: “Əvvəllər Azərbaycan parlamentinə seçkilər zamanı qismən də olsa proporsional seçki mövcud idi. 125 parlament üzvünün 25-i proporsional seçki vasitəsilə seçilirdi. Lakin sonradan konstitusiyaya dəyişiklik edilərək seçkiləri tam olaraq majoritar üsula keçirdilər. Bu üsula keçildikdən sonra onsuz da vəziyyətləri ürəkaçan olmayan müxalif partiyaların vəziyyəti daha da ağırlaşdı. Çünki tam majoritar seçki sisteminə keçid partiyaların siyasi həyatdakı rolunu azaltdı. Biz AĞ Partiya olaraq Milli Məclisdə deputatların sayının 125-dən 150-yə qaldırılmasının və tam olaraq proporsional seçki sisteminə keçilməsinin tərəfdarıyıq. Bunun üçün də yeni referendum keçirilməli və konstitusiyanın müvafiq maddələri dəyişdirilməlidir. Biz proporsional seçki sisteminin qaytarılmasını demokratiyanın bərpası istiqamətində çox önəmli addım hesab edirik”.

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament ...

ALDP sədri Fuad Əliyev bildirib ki, 2002-ci ildən başlayaraq bu məsələni daim gündəmdə saxlamağa çalışıblar və bir neçə dəfə partiyalara qanunvericilik təşəbbüsü üçün 40 min imza toplamaq üçün müraciət də ediblər: “2009-cu ildə ALDP imzatoplama kampaniyasına başladı. Bu günə qədər proporsional seçki sisteminin bərpası ilə bağlı partiya olaraq Milli Məclisə 2 müraciətimiz olub. ALDP olaraq bu sistemin bərpasını istəyirik. Lakin təəssüf ki, hakimiyyət hələ bu məsələdə mövqeyini dəyişmir. Proporsional sistemin olmaması Azərbaycandakı partiyaların cəmiyyətdəki rolunu xeyli zəiflədib, seçkiyə marağı azaldıb”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI