“Moskvada Paşinyana münasibət fərqli olduğundan...”

16:53 26-06-2020 | icon 523 | Geopolitika
“Moskvada Paşinyana münasibət fərqli olduğundan...”

Elxan Şahinoğlu: “Rusiyanın müxtəlif ölkələrdəki səfirləri adətən o zaman müxalifət nümayəndələri ilə görüşürlər ki...”

 

“Ermənistanın eks-prezidenti Robert Köçəryan məhbəsdən çıxan kimi iki istiqamətdə fəaliyyətə başlayıb. O, ilk öncə “Qarabağ klanı”nın üzvləri ilə ayrılıqda görüşlərə başlayıb. Köçəryan bir müddətdir başsız qalan klanı yenidən Ermənistanda əsas siyasi qüvvələrdən birinə çevirməyə çalışacaq. O bu məqsədlə keçmiş həmkarı Serj Sərkisyanla görüşüb”.

 

Versus.Az xəbər verir ki, bunu şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politioloq Elxan Şahinoğlu bildirib.

 

Köçəryanın buna paralel olaraq Rusiya ilə olan sıx əlaqələrini bərpa etməyə başladığını vurğulayan politoloq qeyd edib ki, hazırda “Qarabağ klanı” Ermənistan parlamentində təmsil olunmayıb. Onların Respublika Partiyası son parlament seçkisində məğlub olaraq sistemdənkənar müxalifətə çevrilib:

“Ermənistan vətəndaşları keçmiş hakimiyyətin cinayətlərini unutmayıblar. Ona görə də Köçəryanın yaxın müddətdə seçki yolu ilə hakimiyyətə gəlişi problematikdir. Bu vəziyyətdə Köçəryan seçkidən kənar yollara baş vura bilər. Ermənistanda hazırda ağır epidemioloji durum hökm sürür, virusa yoluxanların gündəlik sayı min nəfərə yaxınlaşır. Baş nazir Nikol Paşinyanın özü də durumu fəlakətli adlandırıb və epidemiyadan əvvəl də ağır vəziyyətdə olan iqtisadiyyatı necə bərpa edəcəyini təsəvvür etmir. Bu gedişat Ermənistanı sosial uçuruma sürükləyir. Köçəryan tərəfdarlarıyla məhz həmin günü gözləyirlər.

Buna baxmayaraq, Nikol Paşinyanın reytini hələ ona hakimiyyətdə qalmağa imkan verir. Ancaq Ermənistan Rusiyanın iqtisadi və hərbi dəstəyini almadan daha sürətlə çökə bilər. Köçəryanın hakimiyyətə qayıdış planını reallaşdırması üçün rusiyalı dostları ilə müzakirələrə başlayacağı gün uzaqda deyil.

Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından sayılır. Bunu Kreml sahibi bir neçə dəfə özü dilə gətirib. Putin erməni dostunu həbsdən çıxartmaq üçün əlindən gələni etdi. Putin hətta Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən zirvə toplantısından sonra Rusiyanın bu ölkədəki səfirliyinə gedərək Köçəryanın həyat yoldaşı ilə görüşdü. Bu Putinin Köçəryanı həbsdən azad etmək istəməyən Paşinyana növbəti xəbərdarlığı idi.

 

"Köçəryanın rusiyalı dostu Putinlə də görüşü təşkil oluna bilər"

 

Köçəryan həbsdən çıxan kimi elə ilk təbrik Rusiyadan gəldi. Rusiya və erməni ekspertlərdən və deputatlardan formalaşan “Lazarev klubu” ayrıca bəyanat yayaraq, Robert Köçəryanın azad edilməsini alqışladı. Bəyanatda Paşinyana xəbərdarlıq mahiyyətli cümlələr də var idi: “Biz Ermənistanda siyasi baxışlarına görə təbiqi və məhkəmə orqanlarına təzyiqi pisləyirik. Başqalarını mühakimə etməyin, çünki özünüz də mühakimə oluna bilərsiz”.

Növbəti addım Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən gəldi. O son günlər Paşinyana müxalif olan qüvvələrlə görüşlərə başlayıb. Rusiyanın müxtəlif ölkələrdəki səfirləri adətən o zaman müxalifət nümayəndələri ilə görüşürlər ki, həmin ölkənin hakimiyyətinin siyasətini bəyənmirlər. Məsələn, elə Ermənistanda hakimiyyətdə Robert Köçəryan olanda Rusiyanın bu ölkədəki səfiri keçmiş eks-prezidentə müxalif olan kimsəylə görüşmürdü. Çünki, Köçəryan Moskvanın adamı idi və Rusiyanın siyasətini Ermənistanda həyata keçirirdi. Moskvada Paşinyana münasibət fərqli olduğundan Kreml Ermənistandakı səfirinə müxalifət nümayəndələriylə görüşlərə başlamaq təlimatını verib. Bu gedişatla yaxın müddətdə Köçəryanın rusiyalı dostu Putinlə də görüşü təşkil oluna bilər. Paşinyanın bu dostluğa mane olmaq üçün əlindən yeganə alət var idi - Köçəryanı həbsdə saxlamaq. Ancaq Paşinyan həmin aləti də itirdi”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI