190 manatın verilməsinə başlanıldı

18:00 06-07-2020 | icon 610 | Sosial
190 manatın verilməsinə başlanıldı

Ölkədə sərt karantin rejimi tətbiq edilən ərazilərdə işsizlərə və pandemiya dövründə işini işini itirən vətəndaşlara növbəti dəfə 190 manatlıq birdəfəlik maddi yardımın verilməsinə başlanılıb.

 

Versus.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov deyib.

 

Onun sözlərinə görə, artıq sərt karantin elan olunan Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda olan sakinlərə həmin müavinətin verilməsinə başlanılıb:

 

"İlk olaraq bu rayonlardan başlanıb. daha sonra isə bu həftə ərzində sonradan karantin elan olunan Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında olan vətəndaşlara həmin müavinətlər veriləcək. Bu həftənin sonuna kimi bütün karantin elan olunan ərazilərdəki vətəndaşlara 190 manatın verilməsi prosesi başa çatacaq. Karantin elan olunan ərazilərdə yaşayan, aprel və may aylarında 190 manat müavinət alan şəxslərə artıq banklar tərəfindən smslə bildiriş göndərilib. Həmin şəxslər sms icazə ilə evlərini tərk edərək həmin vəsaitləri ala bilərlər".

 

F. Talıbov qeyd edib ki, əvvəlki ayları alan vətəndaş pul köçürüləcək kartını itiribsə, həmin şəxs müavinət kartını aldığı banka müraciət etməklə iyun ayının müavinətini də ala bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır