Kaliforniyada yaşayan azərbaycanlılar Ağ Ev administrasiyasına petisiya ünvanladı - FOTO

13:00 16-07-2020 | icon 384 | Siyasət
Kaliforniyada yaşayan azərbaycanlılar Ağ Ev administrasiyasına petisiya ünvanladı - FOTO

Kaliforniyada yaşayan soydaşlarımız ölkəmizin Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatla bağlı petisiya hazırlayaraq, Ağ Ev administrasiyasına və 30-a yaxın Konqres nümayəndəsinə ünvanlayıblar.

 

Versus.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Ermənistanın 12 iyul tarixli hərbi təxribatı barədə ətraflı məlumat verilən müraciətdə bildirilib ki, Tovuz bölgəsi Azərbaycanın şimal-qərbində, Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayondan çox uzaqda yerləşir:

“Ermənistanın bu bölgəyə hücumu, təxribatın ərazilərin genişləndirilməsi məqsədi ilə həyata keçirildiyini sübut edir”.

 

BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası, Avropa Parlamenti, NATO, İƏT, NAM (Qoşulmama Hərəkatı) və bir çox digər beynəlxalq təşkilatların Ermənistandan öz hərbi qüvvələrini işğal olunmuş bölgələrdən tam və dərhal çıxarılmasını tələb etdiyini xatırladan müraciət müəllifləri qeyd ediblər ki, buna baxmayaraq, bu günə qədər Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

 

Müraciətin sonunda Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycanın dövlət sərhədinə hücum etməsinə, Azərbaycan hərbçilərini və dinc sakinləri qətlə yetirməsinə görə məsuliyyətə cəlb olunması tələb edilib:

“Sizdən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını, Ermənistandan beynəlxalq hüquq normalarına və insan hüquqları konvensiyasına əməl etməsini, Azərbaycanın əzəli torpaqları hesabına ərazisini genişləndirmək cəhdlərini dayandırmasını tələb etməyinizi xahiş edirik”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA