“Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq” - BƏYANAT

10:28 26-07-2020 | icon 494 | Cəmiyyət
“Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq” - BƏYANAT

"Soydaşlarımızı erməni təxribatlarına uymadan özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq”

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması son günlər Ermənistan silahlı bölmələrin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat cəhdləri ilə bağlı bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, icmadan verilən məlumata görə, bəyanatda deyilir:

 

“Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi təcavüz fonunda, dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimiz və soydaşlarımıza qarşı radikal erməni qrupları tərəfindən barbarcasına mütəşəkkil hücumlar təşkil edilib. Bütün bunlar Ermənistan rəhbərliyinin illərlə yürütdüyü Azərbaycanfobiya siyasətinin nəticəsidir və hazırkı Paşiniyan hakimiyyəti də bunu təşviq edir. 

 

Vaxtilə azərbaycanlıları hədəfə alan nifrət kampaniyaları Azərbaycan xalqının əsrlərdir yaşadığı ata-baba yurdlarından etnik təmizləməyə məruz qalması ilə nəticələnmişdi. Təəssüflər olsun ki, indi Azərbaycan xalqına qarşı növbəti nifrət kampaniyasına şahid oluruq. Amma Ermənistan rəhbərliyinin bizə qarşı nifrət aşılayaraq, Azərbaycan Respublikasından yeni ərazi qoparmaq planları bu dəfə tam iflasa uğrayacaq və əks effekt verəcək. Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyən bəyanat və çağırışlarımız nəinki Ermənistan tərəfindən qəbul edilməyib, hətta bizim mövcudluğumuz inkar edilmiş və bizlər Ermənistan rəhbərliyinin əlaltıları tərəfindən nifrət dolu mesajlara məruz qoyulmuşuq. 

 

Soydaşlarımızın dünya boyu sərgilədiyi vətəndaş mövqeyi bizi hədsiz ruhlandırır. İstər səngərdə, istərsə də xarici ölkələrdə Azərbaycan bayrağına nifrət dolu gözlərlə baxan ASALA təfəkkürlü ermənilərin qarşısında möhkəm dayanan bütün azərbaycanlı qardaş və bacılarımızla qürur duyuruq! Dəyərli soydaşlarımızı erməni təxribatlarına uymadan soyuqqanlı davranmağa və özlərini mümkün erməni terror hücumlarından qorumağa çağırırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...