“Bu cür qidalanan uşaqlarda müəyyən xəstəliklər yaranar”
Rəna Bayramova: “Təəssüf ki, heç də bütün valideynlər pediatrların tövsiyələrini dinləmirlər”
“Son zamanlar qida allergiyası olan, kilolu və kök uşaqların sayı artmaqdadır. Demək olar ki, onlar artıq 25-30% -dir. Bu, məni bir pediatr kimi çox narahat edir”.
Bunu Versus.Az-ın əməkdaşı ilə söhbətdə Russia/Misir Dietoloq və Nutrisioloq Birliyinin üzvü, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının Pediatr Kliniki dietoloqu Dr.RƏNA BAYRAMOVA bildirib.
Həkimlə söhbətimiz zamanı məlum oldu ki, kök uşaqların sayının artmasının səbəbi bir çox valideynin uşağın artıq çəkidə olmasına yaxşı münasibət bəsləməsidir:
“Yəni onlar elə bilirlər ki, uşaq böyüdükcə normallaşacaq. Qeyd edim ki, piylənmə - prenatal inkişaf zamanı və uşağın həyatının ilk iki ilində "proqramlaşdırılır". Buna görə profilaktik işlər hamilə analarla başlamalıdır”.
Rəna Bayramovanın fikrincə, Avropa uşaqları ilə müqayisədə uşaqlarımız az turş süd məhsulları, tərəvəz və meyvələr, balıq - çox doymamış yağ turşuları kimi vacib maddələrin mənbəyidir. Lakin onların pəhrizində bolluğu heç bir fayda verməyən asanlıqla həzm olunan şəkər yalnız kilo verir və nəticədə diş çürüməsini inkişaf etdirir:
“Təəssüf ki, heç də bütün valideynlər pediatrların tövsiyələrini dinləmirlər. Belə ki valideynlərin əksəriyyəti uşağın istəkləri və onu necə bəsləmək barədə öz fikirlərini əsas tuturlar.️ Nəticədə uşaq ya yaşına uymayan çəkiyə sahiblənir, ya da qida pozuntusu üzündən xəstəlik qazanır. Elə valideynlər var ki, uşağının kök olmasından narahat olmur, sevimli, şirin kukla kimi onunla oynayırlar. Ancaq bu da müəyyən yaşa qədərdir. Yəni həmin kök uşaq böyüdükcə, problemlər özünü göstərməyə başlayır”.
Həkim deyir ki, tez-tez baş verən pozuntular pəhrizə riayət edilməməsi, həddindən artıq bəslənmə, rahat qidalar, qazlı içkilər kimi zərərli qida məhsullarından yaranır:
“Uşaq gündə 4-5 dəfə yemək yeməlidir. Ən pisi budur ki, bir çox uşaqlar yeməkarası daha çox şirniyyat, peçenye, kraker və digər uşaqların marağında olan fast food qidalara üstünlük verirlər. Nəticədə iştah pozulur, həzm sisteminin növbəti yeməyə hazırlaşmağa vaxtı olmur. Axı, həzm orqanları fasiləsiz işləyir, qəlyanaltılar zamanı əldə olunan məhsullar həzm olunmalı, mənimsənilməlidir”.
Bir çox körpələr üçün uşaqlığın 1 ildə başa çatdığını vurğulayan Rəna xanım belə uşaqların valideynlərinin ümumi qazandan, ümumi bir qabdan yediyi yeməyə keçdiklərini deyir:
“Bu belə olmamalıdır. Uşağın həzm orqanları, ferment sistemi, immunitet sistemi 5 ilədək, hətta daha uzun müddətə formalaşır. 2 yaşındakı uşağı artıq ümumi masaya köçürmək olar. Amma yenə də onu qızardılmış, duzlu, hisə verilmiş yeməklərdən kənar saxlamaq lazımdır”.
R.Bayramova qeyd etdi ki, əks halda bu cür qidalanma nəticəsində müəyyən xəstəliklər yaranar. Məsələn, piylənmə, qida allergiyası, dəmir çatışmazlığı anemiyası, osteoporoz, mədə-bağırsaq traktının xəstəlikləri, eyni zamanda yoluxucu xəstəliklərə və ekoloji təhlükələrə qarşı müqavimətin azalması:
“İndi, əziz valideynlər, yaxşı düşünün, arıq, lakin sağlam uşaq daha yaxşıdır, yoxsa gözəl, şirin, yaraşıqlı, amma xəstə uşaq”.
DİQQƏT!
Əgər uşağınızın artıq çəkisindən narahatsınızsa, gecikdirmədən müalicəsi üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkimi, Kliniki Dietoloq Rəna Bayramovaya müraciət edə bilərsiniz:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (055) 254-05-03
WhatsApp: +970-569-020-120
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"