"Mədəniyyət nazirliyində islahatların sürətlə davam edəcəyinə inanırıq"

14:50 16-08-2020 | icon 768 | Mədəniyyət
"Mədəniyyət nazirliyində islahatların sürətlə davam edəcəyinə inanırıq"

Mədəniyyət komitəsinin sədri: "Mədəniyyət sahəsinin inkişafı ilə bağlı bütün məsələlərə hər zaman dəstək olacağıq"

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşüb, geniş müzakirələr aparılıb.

 

Versus.Az xəbər verir ki, görüşdə Mədəniyyət sahəsində öz həllini gözləyən bir sıra vacib problemlər, Mədəniyyət komitəsinin iş planında və müzakirəsində olan bir sıra vacib qanun layihələri, bölgələrimizdəki bir sıra tarixi-mədəni abidələrimiz, kino və teatr sahəsindəki vəziyyət, sənət adamlarının müəllif hüquqları ilə bağlı ortaya çıxan problemlər və bir çox məsələlər ətrafında çox geniş, faydalı müzakirələr olunub.

 

Qənirə Paşayeva millət vəkili seçildiyi Tovuz rayonunda bir neçə ay əvvəl tikilərək istifadəyə verilmiş Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, Dövlət Rəmzləri muzeylərinin hələ də elektrik enerjisi ilə təmin olunmaması, problemin nazirliklə bu məsələyə cavabdeh qurumlar arasında ciddi müzakirə olunması və həllini tapmasının vacibliyi, həmin muzeylərdə kadr çatışmazlığı problemlərini Anar müəllimin diqqətinə çatdıraraq qısa zamanda bu məsələlərə diqqət göstərməsini xahiş edib:

 

Anar Kərimov millət vəkilinin istər mədəniyyət sahəsi ilə bağlı, istərsə də Tovuzla bağlı qaldırdığım məsələləri diqqətlə dinlədi və ciddi addımlar atılacağını bildirib.

 

Qənirə Paşayeva bildirib ki, Azərbaycan mədəniyyətinin qorunması, onun inkişafı dövlətimizin, Prezidentin siyasətində, birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində ən vacib məsələlərdən biridir:

 

"İnanırıq ki, Mədəniyyət nazirliyində başlayan islahatlar sürətlə davam edəcək. Bu sahədə həllini gözləyən problemlərin həlli istiqamətində önəmli işlər görüləcək. Və bu sahənin inkişafında, mədəniyyətimizin dünyada təbliğinin genişləndirilməsində daha böyük uğurlara nail olunacaq".

 

Q.Paçayeva A.Kərimovu Mədəniyyət nazirinin birinci müavini təyin olunması münasibətilə təbrik edib, ona uğurlar diləyib. O, Milli Məclisin Mədəniyyət komitəsi olaraq mədəniyyət sahəsinin inkişafı ilə bağlı bütün məsələlərdə hər zaman dəstək olacağını bildirib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO