“CineMastercard”da “Çingene kızı Zeugma” - QALA GECƏSİ

12:48 17-05-2024 | icon 594 | Film
“CineMastercard”da “Çingene kızı Zeugma” - QALA GECƏSİ

“Gənclik” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında “Çingene kızı Zeugma” Türkiyə komediyasının qala gecəsi baş tutub.

 

Versus.Az xəbər verir ki, tədbirdə filmin prodüseri İbrahim Akbaba, rejissoru Kamil Çetin və rolları canlandıran aktyorlar - İnan Ulaş Torun, Aysel Nazim, Orhan Aydın, Didem Taslan, Hakan Bulut, Nikolas Feysi və Bekir Aslantaş iştirak ediblər.

 

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

 

Film haqqında qısa məlumat: Hamı həyəcanla Amerikadan Qaziantep Zeuqma muzeyinə gətirilən “Qaraçı qız” mozaikasını gözləyir. Muzey müdiri Esra və mühafizəçi Zekidən də həyəcanlı insanlar var: Barbaros və adamları... Mozaika birdən yoxa çıxanda hamı bir-birindən şübhələnməyə başlayır. Bəs mozaikanı kim oğurlayıb?

 

Tədbirin təşkilində “Cinema Distribution”, foto və videoçəkilişdə “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

 

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI