Nəvə toyunun nəticələri...

10:10 23-08-2020 | icon 6390 | Kürsü
Nəvə toyunun nəticələri...

Rəsmən "lotu"luq etdi və layiqli cavabını aldı

BƏYBALA MİRZƏYEV

 

Sındırdılar. Və sındırılmağa, gücsüzləşdirilməyə, neytrallaşdırılmağa əslində layiq idi. Ramiz Mehdiyev kimi bir "əjdaha"nı, saray oyunlarının mahir ustasını, Azərbaycanın dövlət maraqlarının əleyhinə işləyən "beşinci kolon"un əsas simasını "sındırmaq" üçün məncə, bundan daha gözəl fürsət ola bilməzdi. Adam özü bununçün ideal şərait yaratdı. İstəmədən yaratdı. Necə deyərlər, sevimli nəvəsinin "toplantı"sının (toyunun) sayəsində tora düşdü.

 

Əslində Ramiz Mehdiyev kimi siyasət "akula"larını tora salmaq çox çətindir. Hələ Nikkolo Makiavellinin siyasət və dövlət adamlarına cürbəcür tövsiyyələr verdiyi orta əsrlər dövründən üzü belə dövlət olimpinin lap zirvəsinə çıxa bilmiş və sonra da ordan endirilmiş, vurulmuş "boz kardinal"ları tam sıradan çıxarmaq üçün çeşidli siyasi kombinasiyalardan, ssenarilərdən istifadə olunur. Çünki belə adamlar o qədər püxtələşmiş hiyləgər, sərvaxt olurlar ki, onları hələ-hələ tora salmaq, oyundankənar duruma gətirmək mümkün olmur.

 

Bəzən isə elə hallar da olur ki, bu cür odda yanmaz, suda batmaz adamlar öz yaxınlarının hansısa bir səhvi ucbatından özləri öz rəqiblərinə onları vurub sıradan çıxarmaq üçün ip ucu və ya fürsət, bəhanə vermiş olurlar. Keçmiş zillət vəkili İlham Əliyevin öz qızı üçün etdiyi toy-toplantı da qaynatası Ramiz Mehdiyevin "dərs"inin verilməsi üçün hakimiyyətin əlinə göydən düşən əla şans və fürsət oldu.

 

Ramiz Mehdiyev qədər təcrübəli bir şəxs əslində bu cür ağır səhvə yol verməməliydi. Belə bir primitiv və xam addımı ya naşı adamlar, yadaki özünü qanunlardan, dövlətdən üstün sayan dərəbəylər ata bilərdilər. Ramiz Ənvəroviç isə heç də xam adam deyil. Deməli, dərəbəylik edib.

 

Deməli, birbaşa dövlətə, hakimiyyətə, hökumətə, Operativ Qərargaha meydan oxuyub. Öz kürəkəninin başına, qızının başına ağıl qoyub, öyüd-nəsihət verib onları bu toy sevdasından əl çəkməyə və karantin rejimini pozmamağa çağırmaq əvəzinə, Ramiz Ənvəroviç bu cür ağsaqqal yaşında "lotu"luq etmək istəyib.

 

Bəli, adam rəsmən "lotu"luq etdi və layiqli cavabını da aldı. Uzun illər boyu dövlətin, hakimiyyətin lap zirvəsində oturmuş belə bir şəxsin kürəkənini həbs etdirmək loru dillə desək, bu cür adamları sındırmaq, zirvədən kəlləmayallaq edib yerə dığırlatmaq və yerdə də üstündən əzib keçmək deməkdir. Bu cür olaydan və belə bir sonluqdan sonra bu adamların xarizması yerlə bir olur. Onlar cəmiyyət içində rüsvay olurlar, xar olurlar, gözdən düşürlər. Və bir də heç vaxt özlərinə gələ bilmir, qamətlərini dik tutub meydan sulaya və hakimiyyət iddiasına düşüb ortalığı qarışdıra bilmirlər.

 

Əlbəttə, bu cür adamların "əcəb eləmişəm", "düz eləmişəm", "heç kimə dəxli yoxdur" kimi çürük və harın fəlsəfəciklərlə yaşayıb cəmiyyətə, dövlətə meydan oxumaqları, qanunlara saymazyana yanaşmaları çox pis nümunədir. Yaxşı ki, bu gün bu olayla bağlı ən azından iki nəfər həbs olundu və bir deputata da töhmət verildi.

 

Yəqin ki, bu toy əhvalatı ilə bağlı cəzalandırılanların sayı bununla məhdudlaşmayacaq. Cəzalıların sayı artacaq.

 

Ümid edirəm ki, Ramizlər, Abellər, Siyavuşlar bundan sonra dövlətlə dövlətlik etməyəcək və özlərinə, hərəkətlərinə çəki-düzən verib xalqa hörmətlə yanaşacaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA