Rəsmi Ankara Yunanıstanla dialoqa hazır olduğunu bəyanladı

07:17 04-09-2020 | icon 286 | Dünya
Rəsmi Ankara Yunanıstanla dialoqa hazır olduğunu bəyanladı

“NATO-nun Şərqi Aralıq dənizində gərginliyin azaldılması, dəniz və hava elementləri arasında arzuolunmayan qəzaların qarşısını almaq üçün göstərdiyi təşəbbüsü alqışlayırıq”.

 

Versus.az-ın  yerli mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiyə ilə Yunanıstan arasında görüşlərin təşkili ilə bağlı bəyanatına bildirdiyi mövqeyində belə yazılıb.

Türkiyə XİN Y.Stoltenberqin NATO nəzdində hərbi-texniki görüşlərin başladılması təşəbbüsünü Yunanıstan tərəfdən dəstəklənməsini gözlədiyini əlavə edib: “Digər tərəfdən, Yunanıstanla aramızdakı bütün məsələlərin daimi həlli üçün beynəlxalq hüquq normaları çərçivəsində heç bir şərt qoymadan dialoqa hazır olduğumuzu bir daha xatırlatmaq istəyirik”.

Qeyd edək ki, Y.Stoltenberq bu məsələ ilə bağlı yazılı açıqlamasında bildirib ki, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra NATO-da texniki müzakirələrə başlanmasına qərar verilib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA