Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

08:18 14-09-2020 | icon 6221 | Kürsü
Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Jurnalistikaya qabiliyyətdən qəbul imtahanında gördüyüm dəhşət...

AYDIN QULİYEV
 

Bir neçə ildir ki, jurnalistikamızın bakalavr və magistr səviyyələrinə qəbul üzrə qabiliyyət imtahanlarında iştirak edirəm. Peşəmizə meylin səviyyəsindən razıyam və ildən-ilə artır. Razılaşa bilmədiyim şeylər isə sadəcə dəhşətdir...

 
 
İmtahan təşkilatçısı olan DİM-ə -"sağ ol"dan başlayım. Həqiqətən hər şey əla təşkil olunur. Ancaq builki abituriyentlərin yazı səviyyəsi...
 
 
Yazı dilimizin orfoqrafik, leksik, qramatik qaydalarına əməl edilməsi və durğu işarələrinin yerində işlədilməsi sarıdan vəziyyəti görəndən sonra sadəcə bunu dedim: "Biz hara gedirik və ya bu cür yazı qabiliyyətinə malik nəsil tək jurnalistikamızı yox, bütünlüklə bizi hara aparır?!" "Da"və "də" lərin harada bitişik, harada ayrı yazılmalı olduğunu bilən yoxdur, bağlayıcı və ədat anlayışından tam xəbərsizlik hökm sürür, sözləri danışanda necə deyirsə, yazanda da o cür yazır ("demək" sözünü ləhcə ilə "demey" kimi), yazı dilinin səlisliyindən söz gedə bilməz, məntiqli və ifadəli cümlə qurmaq qabiliyyəti görmədim, xətlər bəzən heç Misir heroqliflərinin məşhur oxucusu Şampalyonun belə oxuya bilməyəcəyi bərbad gündədir və sair.
 
 
Bunlar kimlərəsə adi və ya gərəksiz görünə bilər. Ancaq adi görünən bu səhv və çatışmazlıqlar yazıda "mələk" və ya "məlik" qədər fərqli məzmunlar ortaya qoya bilir. Fərqi gördünüzmü?
 
 
İnsafən abituriyentlərimizin dünyagörüşü maşallah, yüksək səviyyədədir, "ingilis uşaqlarını" da üstələyə bilərik. Hər hansı sərbəst mövzuya polifonik baxış ortaya qoya bilirlər, sağdan, soldan, arxadan və qabaqdan tam ehtivalı görüntünü təsvir edə bilirlər. Ancaq razılaşaq ki, bunlar müasir dövrün ümumi inkişafının təhsildən asılı olmayaraq uşaqlarımıza verdiyi səviyyədir. Təhsilimizin isə uşaqlara nələri verə bilmədiyi üzərində düşünməyə dəyər...
 
 
Jurnalistikamızın "karifeyləri" sayılan ustad pedaqoqların danışmaqlarını, münasibət bikdirməklərini gözləyirəm...
 
 
Düşünəndə ki, belə yazı qabiliyyətinə malik gənclərimiz sabah bir müəssisənin rəhbəri olanda başqa bir təşkilat rəhbərinə məktubları, ya özündən yuxarı instansiyaya hesabat-arayışları necə yazacaq, adamı həqiqətən dəhşət bürüyür... Həm də bu "dəhşəti" jurnalistikaya yazı qabiliyyətindən imtahan verən və təbii ki, az-çox hazırlaşmış abituriyentlərimizdən görürük...
 
 
İndi görün, başqa ixtisaslardakı "gələcək alimlərimizin, həkimlərimizin, texnoloq, memar, arxitektor, hüquqşünaslarımızın və sairin" yazı qabiliyyətləri nə gündədir?! Bəlkə yazı qabiliyyəti heç gərək deyil?!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq