"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

16:48 17-09-2020 | icon 1499 | KİV
"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Müşfiq Ələsgərli: "Elə qanunlar hazırlanmalıdır ki, internet medianı və sosial şəbəkələri də əhatə edə bilsin”

 

“Kütləvi informasiya vasitələri haqqında” qanun köhnədir. Söhbət, tarix baxımından, yəni onun 1999-cu ildə qəbul olunmasından getmir. Məsələ ondadır ki, bu qanun mahiyyət baxımından yeni dövrün mediası ilə uyğunlaşmır. İnternetin inkişafı, yeni medianın ortaya çıxması KİV haqqında qanunvericiliyin də yenilənməsini tələb edir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

 

Onun sözlərinə görə, mövcud qanun isə sosisal şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil, qanunda çoxlu boşluqlar var:

 

“Ötən dövr ərzində KİV qanunvericiliyinə təqribən, 38 dəyişiklik edilib. Bu qədər dəyişiklikdən sonra ortadakı problemlər yenə də aradan qalxmayıb. Mövcud qanunlar ənənəvi medianın-qəzet, jurnal, televiziya, radio- fəaliyyətinə uyğundur, amma yeni medianın-internet tv, xəbər portalları, social medianın fəaliyyəti üçün qənaətbəxş deyil. İndi əksəriyyət onlayn media resursu təsis dir. Amma onlayn media təsisçiliyini tənzimləyən standartlar yoxdur. Baxıb görə bilərsiniz ki, əksəriyyət özü üçün sosial şəbəkə platformalarında - "facebook", "youtube" və sair-şəxsi hesab açır, fikir paylaşımı edir, amma bunun adını KİV qoyur. Hansı ki, onların paylaşımları KİV haqqında qanunlara, KİV standartlarına cavab vermir. Onda sual yaranır ki, bəs bu tip KİV-lərin fəaliyyəti necə tənzimlənməlidir.  Düzdür, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunu yeniləşdirməklə bu boşluğu müəyyən qədər aradan qaldıra bildilər, amma problem böyük mənada hələ də qalmaqdadır. İndi elə qanunlar hazırlanmalıdır ki, internet medianı və sosial şəbəkələri də əhatə edə bilsin”. /“Ölkə.Az”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Azərbaycanlı futbolçu xaricə köçdü

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

“Uşaq Avroviziya”nın QALİBİ

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi

Axtarışda olan 92 nəfər SAXLANILDI

Distant təhsilin tətbiq edilməməsinin SƏBƏBLƏRİ

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM