MayoMed Fizioterapiya və reabilitasiya mərkəzinin bir neçə həkim və personalı təltif edilib

00:17 21-09-2020 | icon 1151 | Sağlamlıq
MayoMed Fizioterapiya və reabilitasiya mərkəzinin bir neçə həkim və personalı təltif edilib

Şəhid Milli Qəhrəman və az təminatlı ailələrin müayinə və müalicəsində göstərdiyi təmənnasız xidmətlərə görə

 

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov sədri Ədhəm Məmmədov MayoMed Fizioterapiya və reabilitasiya mərkəzinin bir neçə Həkim və personalını Şəhid Milli Qəhrəman və az təminatlı ailələrin müayinə və müalicəsində göstərdiyi təmənnasız xidmətlərinə görə Fəxri diplom və fəxri fərmanlarla təltif edib.

 

Versus.Az xəbər verir ki, MayoMed Fizioterapiya və reabilitasiya mərkəzinin Rəhbəri Qəzənfər Aloyevi Baş həkim Nərminə Abbasovanı, Həkim nervoloq Sveta Ələkbərovanı, masajist Jalə Hüseyinovanı və tibb personalı Xalidə Əliyevanı, Ayşən Abdullayevanı, Fatimə Hüseynovanı Şəhid və Milli Qəhrəman az təminatlı və Milli Qəhrəman Zabit Quliyevin müayinə və müalicəsində göstərdikləri təmənnasız xidmətlərə görə fəxri diplom və fəxri fərmanlarla təltif edilib.

 

Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon mətbuat xidmətinin rəhbəri Mətanət Akifqızı (Əsgərova) birliyin adından yönləndirilən Şəhid, Milli Qəhrəman ailələrinin və Milli Qəhrəman Zabit Quliyevin müayinə və müalicəsində göstərilən diqqət və qayğıya görə Baş Həkim Nərminə xanım Abbasovaya xüsusi təşəkkür edib:

 

“Nərminə xanımın Milli Qəhrəman Zabit Quliyevin müayinə və müalicəsində göstərilən xidmətləri əvəz olunmazdır. Nərminə xanım nəinki Şəhid və Milli Qəhrəman ailələrini hətta imkanları məhdud az təminatlı ailələrədə öz diqqət və qayğısını əsirgəməyən fəxr ediləcək bir Azərbaycan xanımı və öz peşəsinin peşəkarı olan həkimdir. Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon sədri Ədhəm Məmmədov adından Fizioterapiya və reabilitasiya mərkəzi rəhbəri Qəzənfər Aloyevə və həkim kollektivinə təşəkkürümüzü bildiririk”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin