Koronavirusa görə “apokalipsis” payızı proqnozlaşdırılır

00:26 23-09-2020 | icon 324 | Sağlamlıq
Koronavirusa görə “apokalipsis” payızı proqnozlaşdırılır

Amerikalı həkimlər SARS-CoV-2 koronavirus pandemiyasının şiddətlənməsi səbəbindən ABŞ üçün “apokalipsis” payızı proqnozlaşdırıblar.

 

Bu barədə CNN xəbər verib.

 

“Bunu təəssüflə deyirəm. Bu proqnoz çox sayda yoluxma hallarının olduğu yerlərdə təhsil müəssisələrini yenidən açmağımız, həmçinin federal hakimiyyət orqanlarının maska taxmaq və digər tədbirlə bağlı bir söz deməmələri ilə bağlıdır”, - deyə Hyuston Tibb Universitetinin fakültələrindən birinin dekanı Piter Hotez bildirib.

 

Alabama Universitetinin İnfeksion Xəstəliklər Departamentinin direktoru Coanna Marazzo qarşıdakı payızın dünyanın sonu ilə müqayisə olunması ilə razılaşıb. Onun sözlərinə görə, yoluxma sayının artmasına səbəb insanların epidemiya ilə bağlı məhdudiyyətlərdən bezməsidir. Departament rəhbəri virusun fəaliyyəti, yayılma qabiliyyəti barədə saxta və ziddiyyətli mesajların da yoluxma sayının artmasında böyük rol oynadığını qeyd edib.

 

Statistikaya görə, ABŞ-ın 28 ştatında yoluxma hallarında artım müşahidə olunur. Ölkə yoluxma (6.8 milyondan çox) və ölənlərin sayına görə (200 mindən çox) dünyada birinci yerdədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı