Qədim təhlükəli infeksiyanın SİRRİ

09:50 23-09-2020 | icon 609 | Sağlamlıq
Qədim təhlükəli infeksiyanın SİRRİ

Otaqo Universitetinin alimləri “Treponema pallidum” bakteriyasının səbəb olduğu frambeziya adlanan təhlükəli yoluxucu xəstəliyin yayılma sirrini aşkar ediblər.

 

Bu barədə “Bioarcheology International” jurnalında məlumat verilir.

 

Tədqiqatçılar Vyetnamın Ninbin əyalətində Man Bakvo arxeoloji sahəsində qazıntılar zamanı tapılan qədim insan qalıqlarını təhlil ediblər. Dörd min illik yaşı olan skeletlərdə qalıcı sümük zədələnməsinə səbəb olan xəstəliyin əlamətlərini tapıblar. İndiyə qədər qədim Asiyada frambeziya xəstəliyinə dair sübutlar olmayıb.

 

Alimlər hesab edirlər ki, xəstəlik kənd təsərrüfatının inkişafı ilə yayılıb. Müasir Çin ərazisində yaşayan fermerlər cənuba doğru hərəkət ediblər və nəticədə xəstəlik Afrikadan Asiyaya köçən və sonradan Yeni Qvineya, Solomon Adaları və Avstraliyada məskunlaşan qəbilələrə ötürülüb.

 

Əsasən uşaqlara təsir edən xəstəlik təmasla keçir və dəridə güclü zədələnmə yaradır.

 

Frambeziya dünyanın əksər hissəsində zərərsizləşdirilsə də, Sakit okeanın qərbində təxminən 30 000 insan bu xəstəlikdən ziyan çəkir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...