Bundan istifadə istifadə qadınlarda tüklənməyə, kişilərdə sonsuzluğa səbəb olur

12:33 24-09-2020 | icon 348 | Sağlamlıq
Bundan istifadə istifadə qadınlarda tüklənməyə, kişilərdə sonsuzluğa səbəb olur

Steroidlərdən istifadənin insanlara fəsadları açıqlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli steroidlərdən istifadənin yayılması və onun fəsadları barədə mətbuat konfransı zamanı danışıb:

 

“Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Steroidlərin geniş yayılmasının əsas səbəbi istifadəçilərin qısa müddətdə istədikləri bədən quruluşuna sahib olmaq arzusudur.

Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır. Steroidlərdən mütəmadi istifadə ürək tutulması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması və digər bərpaolunmaz fəsadlar törədir.

Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır.

Ötən həftə DTX-nin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir”.

 

TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva isə həkim kimi öz fikirlərini bildirib:

 

“Steroidlərdən istifadə bağlılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Steroidlərdən mütəmadi istifadə edənlərdə aqressiya, dərin depressiya halları müşahidə olunur.

Sonradan bu maddələrin istifadəsindən imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçlərinin müalicəsindən daha ağır və mürəkkəb bir prosedurdur. Onlardan istifadə kişilərdə sonsuzluq, impotensiya yaradır. Qadınlarda tüklənməyə səbəb olur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı