Universitetin mətbuat katibi işdən ayrıldı

12:38 24-09-2020 | icon 359 | KİV
Universitetin mətbuat katibi işdən ayrıldı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuatı katibi Elçin Cəfərov işdən ayrılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə o şəxsi “Facebook” hesabından paylaşım edib.

 

E.Cəfərov bildirib ki, vəzifəsindən vaxt məhdudiyyətinə görə öz istəyi ilə ayrılıb:

 

“Artıq bu gündən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmıram. İşdən uzaqlaşmağımın yeganə səbəbi vaxt məhdudiyyəti və öz peşəmə, elmi və pedaqoji fəaliyyətimə daha çox diqqət ayırmaq istəyimlə bağlıdır. Bu iki ildə rəhbərlikdən də, kollektivdən də özümə qarşı ancaq xoş münasibət gördüm. Bacardığım qədər həm universitetimiz, həm də media nümayəndələri üçün faydalı olmağa çalışdım. ADMİU-dakı fəaliyyətimi Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcəyəm. Mətbuat katibi vəzifəsində isə Şəhanə Müşfiq çalışacaq. Artıq universitetlə bağlı suallarınızı Şahanə xanıma ünvanlaya bilərsiniz. Təbriklər və uğurlar, Şəhanə Müşfiq“.

 

Qeyd edək ki, universitetin rektoru Ceyran Mahmudovanın imzaladığı əmrə əsasən universitetin mətbuat katibi vəzifəsinə yazıçı Şəhanə Müşfiq təyin olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Azərbaycanlı futbolçu xaricə köçdü

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

“Uşaq Avroviziya”nın QALİBİ

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi

Axtarışda olan 92 nəfər SAXLANILDI

Distant təhsilin tətbiq edilməməsinin SƏBƏBLƏRİ

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM