“Demək ki, istəyəndə bir ola, eyni nöqtəyə vura bilirik”

17:55 28-09-2020 | icon 567 | Siyasət
“Demək ki, istəyəndə bir ola, eyni nöqtəyə vura bilirik”

Könül İsmayılova: “Prezidentin qələbə təbriki məndə böyük ümid yaradıb”

 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

 

Versus.Az-a açıqlamasında Azərbaycanın məsuliyyətli ölkə olduğundan qürurla danışan Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib ki, düşməndən fərqli olaraq, bizim Milli ordumuz qarşı tərəfin mülki əhalisini atəşə tutmur.

 

Partiyanın sədr müavini vurğulayıb ki, Azərbaycan Prezidentinin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur:

 

“27 sentyabr tarixində baş vermiş hadisələr bunun sübutudur. Milli ordumuz mülki əhalini atəşə tutmur. Eyni zamanda, hədəf kimi əhalinin kompakt olduğu məntəqələri seçmir. Çünki biz düşmən təxribatına qarşı əks hücum etmişik, kiminsə torpağını ələ keçirmək məqsədimiz yoxdur. Bütün dünya da görür ki, Azərbaycan yalnız öz torpaqlarını qoruyur, əhalisini mühafizə edir. Məlumdur ki, 27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Ermənilərin özləri sosial şəbəkələrdə iqtisadi durumlarının, güzəranlarının acınacaqlı vəziyyətdə olması barədə paylaşımlar edirlər. O da sirr deyil ki, Ermənistanın işğal etdiyi torpaqlarımızda məcburi məskunlaşdırdığı sadə ermənilər hər an qorxu içərisində yaşayırlar. Çünki bilirlər ki, Azərbaycana məxsus olan torpaqlar gec-tez tərəfimizdən geri alınacaq”.

 

Ölkə başçısı İlham Əliyev çıxışlarında bəyan edir ki, Azərbaycan haqq yolundadır. Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır:

 

“Prezidentimizin QARABAĞ AZƏRBAYCANDIR şüarı bu gün demək olar ki, bir çox ölkələrdə əzbərə çevrilib. Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır. Bu fakt həqiqətdir və bu həqiqət uğrunda mübarizə aparmışıq, bu gün də aparırıq”.

 

K.İsmayılova onu da vurğuladı ki, bu gün sevindirici hallardan biri də ölkəmizin siyasi partiyalarının yekdilliklə Prezidentin yanında olduqlarını bəyan etmələridir:

 

“Siyasi partiyalarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Demək ki, biz istəyəndə bir ola, eyni nöqtəyə vura bilirik. Həqiqətən də, haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır”.

 

K.İsmayılova cəbhədən bir-birinin ardınca gələn qələbə xəbərlərini göz yaşları ilə dinlədiyini də vurğulayıb. O, Azərbaycanın Vətən müharibəsinin qələbə ilə nəticələnəcəyinə Prezident İlham Əliyevin xalqı təbrikindən sonra daha çox əmin olduğunu bildirib:

 

“Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibətilə Azərbaycan xalqını təbrik edən Prezidentimiz cənab İlham Əliyev deyib: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!” Mən də buna inanıram”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA