Son 10 ilin sərin avqustu

13:12 13-08-2018 | icon 552 | Gündəm
Son 10 ilin sərin avqustu

Azərbaycanda bu ilin avqust ayı (ayın I ongünlüyü) son 10 ilin nisbətən sərin keçən avqust ayı sayıla bilər.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, avqust ayının ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində, bəzi günlərdə 2-3 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında dünən havanın maksimal temperaturu 28-30 dərəcə olub. Bu gün isə temperaturun 26-28 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

G.Məmmədova qeyd edib ki, ümumilikdə Bakıda və Abşeron yarımadasında ən sərin keçən avqust ayı 1950-ci ildə müşahidə edilib.

Yağıntılara gəldikdə isə G.Məmmədova qeyd edib ki, bu il avqust ayının ötən dövrü ərzində əksər rayonlara düşən yağıntıların miqdarı norma daxilində, əsasən, dağlıq və dağətəyi rayonlarda isə normadan bir qədər çox olub.

 

G.Məmmədova onu da əlavə edib ki, avqustun 13 və 14-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA