"Boş-boş bəyanatlar verəcəksinizsə, bir zəhmət susun"

23:46 01-10-2020 | icon 567 | Siyasət
"Boş-boş bəyanatlar verəcəksinizsə, bir zəhmət susun"

Ehtiram Mehdiyev: ""Geri çəkilin, danışıqlara gedin" deyən dövlətlər, torpaqlarınızdan bizə pay verin"

 

"Azərbaycan tarix yazır. Bu tarixi başda Ali Baş Komandan olmaqla hər bir azərbaycanlı yazır".

 
 
Versus.Az xəbər verir ki, bunu özünün "facebook" hesabında deputat köməkçisi, Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev paylaşıb.
 
 
Həmin paylaşımı olduğu kimi təqdim edirik: 
 
 
"Bəli, biz öz məsələmizi özümüz həll etməli olduq. Çox gözləmişdik. İllərdir aparılan nəticəsiz danışıqlar, "sülh göyərçinləri" zərrə qədər də olsun hadisələri xeyrimizə dəyişmədi. Əksinə, bu münaqişə minlərlə can aldı. Bir milyondan artıq vətəndaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Onların həm mülkiyyəti, həm təhlükəsizliyi, həm azadlığı 30 ilə yaxındır ki, Ermənistan tərəfindən pozulur.
 
 
Cənab Prezident son çıxışında öz qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Artıq geriyə yol yoxdur. Təpədən dırnağa kimi hər şeyə hazırıq. Biz tarixi ədaləti bərpa etmək üçün vuruşuruq. Bizim davamız haqq davasıdır. Biz işğal altında qalan torpaqlarımızda antiterror əməliyyatı keçiririk. Üçüncü dövlətlərin, beynəlxalq təşkilatların təhdidləri bizi qorxuda bilməz. Bizə "geri çəkilin, danışıqlara gedin" deyən dövlətlər, torpaqlarınızdan bizə pay verin. Qoy bir milyon qaçqınımızı verdiyiniz o pay torpaqlara köçürək. Və o zaman geri çəkilərik, danışıqlara gedərik. Yox əgər boş-boş bəyanatlar verəcəksinizsə, bir zəhmət susun. Qoyun öz davamızı özümüz həll edək.
 
 
Biz öz torpağımızda vuruşuruq.
 
Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.
 
 
Ordumuz daha güclüdür, dövlətimiz daha güclüdür. Biz artıq əvvəlki Azərbaycan deyilik, çox fərqliyik və bunu hər kəs hiss etməlidir, görməlidir.
 
Qələbə bizimdir. Allah ordumuzu müzəffər etsin!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI