Hər həftə dünyada koronavirusa yoluxanların sayı 2 milyon artır

08:54 03-10-2020 | icon 363 | Sağlamlıq
Hər həftə dünyada koronavirusa yoluxanların sayı 2 milyon artır

Dünyada hər həftə təxminən 2 milyon yeni koronavirus infeksiyası hadisəsi qeydə alınır.

 

TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib:

 

"Hər həftə təxminən iki milyon yoluxma baş verir. Bildiyiniz kimi, bu həftə dünya bir milyon ölümün faciəvi mərhələsini keçdi".

 

Tedros Adan Qebreyesus əlavə edib ki, bu, COVID-19-un yayılmasına cavab vermək üçün kritik bir andır. 

 

ÜST rəhbərinin sözlərinə görə, pandemiyanı aradan qaldırmaq üçün "ən qısa yol" ölkələrin birgə fəaliyyətidir:

“Bu istiqamətdə 168 dövlət artıq birgə mübarizə aparır. Daha 25 ölkə ilə qüvvələrimizi genişləndirəcəyik. Bu, bütün insanlıq naminə pandemiyanı məğlub etmək üçün vacib həmrəylik siqnalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

Dövlət komitəsi ilə bağlı QƏRAR