Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər

07:57 13-10-2020 | icon 392 | Sağlamlıq
Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər

SARS-CoV-2 virusunun koronavirusa yoluxmuş insanın hüceyrələrini dəyişdirmə, həmçinin müdafiə sistemlərini və protein sintezini söndürmə mexanizmi aşkar edilib. Bu, COVID-19 xəstələrində şiddətli simptomların inkişafına kömək edir.

 

Lenta.ru-nun məlumatına görə, bu barədə “Pasadena” Kaliforniya Texnologiya İnstitutunun (ABŞ) alimləri “Cell” jurnalında məqalə dərc ediblər.

 

Tədqiqatçılar koronavirus genomunun yaratdığı zülalların hər birinin insan bədəninin hüceyrələrindəki molekulyar komponentlərlə necə qarşılıqlı əlaqədə olduğunu araşdırıblar. Məlum olub ki, SARS-CoV-2 orqanizmdə zülalların sintezini pozaraq üç vacib hüceyrə prosesinə hücum edir.

 

Birincisi, virus, genetik məlumatları hüceyrə nüvəsindən zülalların sintez olunduğu ribosomlara ötürən molekul mRNT-nin (məlumat RNT-si) yetişməsinin disfunksiyasına səbəb olur.

 

İkincisi, ribosomların özlərini bloklayır.

 

Üçüncüsü, zülalların hüceyrə xaricinə daşınması sistemini pozur.

 

Bütün bunlar birlikdə hüceyrənin müdafiə sistemlərinin normal fəaliyyətinə mane olur. Bu vəziyyətdə hüceyrə ölmür və virus onu, həmçinin onun resurslarını özünün çoxalması üçün istifadə edə bilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

Dövlət komitəsi ilə bağlı QƏRAR