“Rentgen densitometriyasının üstünlüyü həkimin təcrübəsindən asılı deyil”

19:28 18-10-2020 | icon 1042 | Sağlamlıq
“Rentgen densitometriyasının üstünlüyü həkimin təcrübəsindən asılı deyil”

Nərminə Abbasova: “Ultrasəs densitometriyasının üstünlüyü isə pasientin şüa təsirinə məruz qalmamasındadır”

 

Densitometriya latın sözu olub densitas – sıxlıq, metria – ölçmək deməkdir. Sümük toxumasının sıxlığını və mineral kütləsini müəyyən etmək üçün istifadə olunan müayinə üsuludur. Sümük toxumasının sıxlığı rentgen və ya ultrasəs densitometriyası vasitəsi ilə təyin olunur. Densitometriya zamanı alınan nəticələr kompyüter proqramı vasitəsilə eyni yaşa və cins qrupuna daxil olan insanların normal göstəriciləri ilə müqayisə edilir. Sümük toxumasının möhkəmliyini və eləcə də mexaniki təzyiqlərə qarşı davamlılığını aşkara çıxaran metod, məhz densitometriyadır.

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA denistometriya aparatı ilə bağlı Versus.Az-ın oxucularını ətraflı məlumatlandırıb. Bildirib ki, MayoMed bu aparatla təchiz olunub. Bəs bu aparatın funksiyası nədir?

 

Nərminə Abbasova bildirib ki, densitometriyanın aparılmasında əsas məqsəd osteopeniya və osteoparozu müəyyən etməkdir:

 

“Osteoparoz – sümük toxumasında mineral sıxlığın azalması və kövrəkliyin artması deməkdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir. Sümük toxumasının sıxlığına və mineral kütləsinin azalmasına şübhə olan hallar densitometriyada göstərilir. 40 yaşdan yuxarı qadınlarda və erkən menopauza dövründə, kişilərdə isə 60 yaşdan yuxarı bu müayinənin aparılması məsləhətdir. Qalxanvariətraf vəzin xəstəliklərində (hiperparatireoz), cüzi travmalar nəticəsində yaranan sınıqlarda, qlükokortikoidlər, oral kontraseptlər, trankflizatorlar və psixotrop preparatlar qəbul edən şəxslər üçün də densitometriyanın aparılması vacibdir.

 

Nərminə xanım deyir ki, denistometriyanın bir-birindən fərqli iki növü var:

 

 

Rentgen densitometriyası zamanı sümük toxumasının sıxlığı rentgen şəkillərinin çəkilməsi vasitəsi ilə aparılır. Ultrasəs densitometriyası isə sümük toxuması boyunca ultrasəs dalğalarının yayılması sürətini ölçən cihaz vasitəsi ilə aparılır. Sümük toxuması nə qədər sıx olarsa, bir o qədər ultrasəs dalğası tez ötürülür. Osteoparozun diaqnostikasında ultrasəs densitometriyası şüa verməyən müayinə metodudur. Alınan nəticələr kompyüter vasitəsilə ekrana ötürülür. T və Z indeks göstəriciləri əsasında həkim, osteoparoz və onun fəsadları haqqında məlumat almış olur.

Densitometriya osteoparozun ilkin əlamətlərini belə aşkara çıxarmağa imkan verir. Ultrasəs densitometriya müayinəsi tez bir zaman ərzində aparılması və orqanizmə tam zərərsiz olması ilə fərqlənir. Hamilə qadınlarda belə densitometriya müayinəsi aparıla bilər.

 

Həkim-terapevt densitometriyanın aparılma qaydasından da danışdı. Bildirdi ki, rentgen densitometriyasının standart nöqtəsi sümük toxuma sıxlığı rentgenoqrammasının çəkilməsi yolu ilə aparılır:

 

 

“Standart nöqtə üçdür: Bud sümüyünün boynu, Onurğanın bel nahiyyəsi, Mil sümüyü.

Bu müayinə metodunda standart nöqtələrdə sümük sıxlığı təyin olunur, yaş və cins qrupuna görə müqayisə edilir. Standart göstəricilərlə müqayisə əsasında T və Z indeksləri hesablanır. Densitometriya nəticələri indekslərin göstəriciləri əsasında dəyərləndirilir.

T və ya Z indeksi – 1,5-0 sümük toxumasının normal sıxlığı

– 2,5 – – 1,5 qədər osteopeniya

-2,5 aşağı osteoparoz deməkdir.

Ultrasəs densitometriyası borulu sümüklərin sıxlığını müəyyən etmək üçün istifadə olunur. Bu ötürücü vasitəsilə ultrasəs dalğası sümük toxumasının səthinə yayılmasına əsasən mineral sıxlığı təyin edilir. Bir tsikl ərzində cihaz minə qədər ölçmə aparır. Müayinə olunan nöqtələrin hər birində isə 3-5 tsikl aparıla bilər. Nəticələr eyni ilə rentgen densitometriyada olduğu kimi qiymətləndirilir.

 

Nərminə xanım qeyd etdi ki, Rentgen və Ultrasəs densitometriyasının nəticələrinin bir-biri ilə fərqlənməsinə baxmayaraq, nəticə etibarı ilə sümük toxumasının sıxlığını hər iki metod, eyni dərəcədə müəyyən edir:

 

 

“Rentgen densitometriyasının üstünlüyü həkimin təcrübəsindən asılı deyil. Ultrasəs densitometriyasının üstünlüyü isə pasientin şüa təsirinə məruz qalmamasındadır.

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova densitometriya aparatından keçmək üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzində imkanların olduğunu deyir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI