"Dövlət başçısının bu müraciətində qəti əminlik hiss olunurdu"

19:39 18-10-2020 | icon 418 | Siyasət
"Dövlət başçısının bu müraciətində qəti əminlik hiss olunurdu"

Əlisahib Hüseynov: "İnanırıq ki, Qarabağ tezliklə işğaldan azad ediləcək, yurd yerlərimizə sülh və hüzur qaytarılacaq"

 

"Ölkə başçısının 17 oktyabrda Gəncənin düşmən zərbələrinə məruz qalmasından və Füzuli şəhərinin azad olunduğunu elan etməsindən bir gün öncə qardaş Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın hərbi cinayətkarlığını qeyd etməsi, ordumuzun isə xilaskarlıq missiyasını həyata keçirdiyini vurğulaması işğalçı Ermənistanın iç üzünün açılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin dünən AzTV ilə xalqa müraciəti də düşmənin terrorçu xislətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından çox önəmlidir".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin "A Haber" televiziya kanalına verdiyi müsahibəsini şərh edən Milli Həmrəylik Partiyasının (MHP) sədri  Əlisahib Hüseynov.
 

 

Partiya sədri vurğulayıb ki, Prezident xalqa müraciətində dünyanın bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi olduğunu qeyd edib:
 
 
"Bəli, bütün sivil dünya, sülhsevər qüvvələr rəsmi İrəvanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa zidd əməllərinin şahidi oldu. Cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə Ermənistan tərəfindən sayca üçüncü dəhşətli hücumun nəticəsində 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 nəfərdən çox insan ağır yaralanıb. Bütün bu baş verənlər əlbəttə, təkcə Azərbaycana qarşı yox, bütövlükdə ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir və Ermənistan buna görə dünya birliyi qarşısında cavab verməlidir.
Prezident sözügedən müraciətində Azərbaycanla Ermənistanın davranış fərqinə xüsusi olaraq toxundu və qeyd etdi ki, Azərbaycan qarşı tərəfin namərd əməllərinə eyni üsullarla, ermənisayağı tərzdə yox, yalnız döyüş meydanında cavab verir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşməndən qısasını mülki əhalidən almağa can atmır. Bizim dinc ermənilərlə işimiz yoxdur. Bizim əsgərlərimiz erməni uşaqlarına, qadınlarına atəş açmırlar. Biz insanlıq düşməni deyilik! Ermənilərdən ən önəmli fərqimiz, mənəvi-əxlaqi üstünlüyümüz də bax bundadır. Biz Gəncəni, Bərdəni, Tərtəri, Beyləqanı, Naftalanı, Mingəçeviri, Xızını, Abşeronu, Naxçıvanı raket atəşinə tutan ermənilərdən fərqli olaraq özümüzü quldur kimi aparıb gecələr Ermənistan şəhərlərini bombalamırıq, mülki insanlarını öldürmürük. Prezident çıxışında bax bu milli, etnopsixoloji fərqimizi və üstünlüyümüzü ortaya qoydu".
Rəsmi İrəvanın faşist əməllərinə göz yuman beynəlxalq ictimaiyyətin, iri dövlətlərin mövqeyinin də Prezidentin diqqətindən kənarda qalmadığını qeyd edən Əlisahib Hüseynov vurğulayıb ki, İlham Əliyev haqlı olaraq qeyd etdi ki, əslində onlar bu susqunluqları, biganəlikləri ilə Ermənistan rəhbərliyi ilə məsuliyyəti bölüşmüş olurlar:
 
 
"Axı heç kəsə sirr deyil ki, öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Və bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmamasının özü də başqa bir cinayətdir. Bəli, bu sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Dövlət başçımızın toxunduğu digər məqam isə bankrot ölkə olan Ermənistanda böyük sayda silah-sursatın mövcudluğu ilə bağlı idi. Prezident vurğuladı ki, bu məsələ dünya ictimaiyyətini ciddi düşündürməlidir. Bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən, habelə xarici dövlət borcu ümumi daxili məhsulun 60-70 faizini təşkil etdiyi halda, bu yoxsul ölkənin Azərbaycana qarşı müharibə aparmaq üçün bu qədər silah və texnikanı hansı yollarla əldə etməsi həqiqətən də böyük suallar doğurur. İlham Əliyev dünya ictimaiyyətinin və Ermənistanı gizli-açıq yollarla silahlandıran ölkələrin diqqətinə çatdırdı ki, Azərbaycan xalqının bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var.
Ali Baş Komandanımız xalqa dünənki müraciətində Şanlı Azərbaycan Ordusunun bir-birinin ardınca zəfər salnamələri yazmasını, hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən layiqincə gəlməsini də xüsusi qeyd etdi və Ordumuzun qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhərinin düşmənin tapdağından azad etməsini xalqımıza bəyan etdi . Prezident bildirdi ki, Füzulinin azad edilməsi böyük Qələbənin müjdəsidir. Çünki strateji nöqteyi-nəzərdən Füzulinin azad edilməsi təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması üçün yeni strateji üstünlüklər, imkanlar yaradır.
Dövlət başçısının bu müraciətində qəti əminlik hiss olunurdu. Bu çox vacib məqamdır. Dövlət başçısının əminliyi xalqda da Qələbəyə güclü inam yaradır. Hamımız inanırıq ki, Qarabağ tezliklə işğaldan azad ediləcək, yurd yerlərimizə sülh və hüzur qaytarılacaqdır!"
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI