Dəm qazından üç nəfər zəhərlənib


Son yeddi gün ərzində dəm qazından üç nəfər zəhərlənib.
Versus.Az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
Həkim bildirib ki, son bir həftə ərzində şöbəyə müraciət edənlər arasında azyaşlılar olmayıb:
“Xəstəxananın Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə altı nəfər, sirkə turşusu ilə iki nəfər, dərman mənşəli allergik reaksiya ilə iki nəfər müraciət edib. Zəhərlənənlər arasında ölən yoxdur”.
A.Maqsudov bir nəfərin də əqrəb sancması ilə müraciət etdiyini və məsləhət alaraq evə göndərildiyini bildirib.
Xəbər lenti

Qripə qarşı peyvəndin TƏSİR MÜDDƏTİ
Burun axması və boğaz ağrısı kimi simptomlar