“Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığı qaçılmaz reallığa çevrilir”

18:10 26-10-2020 | icon 421 | Siyasət
“Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığı qaçılmaz reallığa çevrilir”

Elxan Şükürlü: “Diplomatik müstəvidə durumu bu şəkildə lehimizə dəyişən tək bircə faktor var – Azərbaycan Ordusu”

 

“Azərbaycanda bəzi çevrələrdə yanlış olaraq belə qənaət hakimdir ki, guya, Azərbaycan KTMT-dən ehtiyatlandığından, Ermənistan ərazisindəki hədəfləri vurmur. Bu, qətiyyən belə deyil”.

 

Versus.Az xəbər verir ki, bunu Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Ermənistanın KTMT-nı prosesə cəlb etmək istəyi və Azərbaycanın Ermənistanın istifadə etdiyi silahlara niyə adekvat cavab verməməyi ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, əslində, Azərbaycan son vaxtlar onunla ölçülü davranan Putin Rusiyasını çətin vəziyyətdə qoymamaq və artıq qırılmaqda olan KTMT-Ermənistan münasibətlərindəki əsl gerçəyi üzə çıxarmaq üçün hələlik səbrli davranır. E.Şükürlü hesab edir ki, bu, indiki zamanda doğru taktikadır:

 

“Çünki Paşinyan komandası bu savaşda KTMT-nin erməniləri müdafiə etmədiyini bəhanə gətirərək, Qarabağdakı məğlubiyyətlərini də Rusiyanın ayağına yazmaq və beləliklə də bu hərbi ittifaqdan birdəfəlik uzaqlaşmağa, Qərblə daha sürətlə yaxınlaşmağa legitim əsaslar əldə etməyə çalışır. Azərbaycanın səbrli və ölçülü davranışı isə Paşinyanın və havadarlarının bu oyununa gəlməməklə yanaşı, o biri tərəfdən də Ermənistanın KTMT-ni şantaj siyasətini daha da dərinləşdirməklə ifşa edir, bütün ziddiyyəti Ermənistanın öz içərisinə, siyasi həyatına yönəldir...”

 

E.Şükürlü bildirib ki, xarici işlər nazirlərinin ABŞ-a səfərlərinin yekunlarını da nəzərə aldıqda deyə bilərik ki, artıq nəinki Qarabağ məsələsinin həllində, bütövlükdə Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığı qaçılmaz reallığa çevrilir və bunu həm ABŞ, həm də Avropa Birliyi qəbul etmək məcburiyyətindədir:

 

“Diplomatik müstəvidə durumu bu şəkildə lehimizə dəyişən isə tək bircə faktordur - Azərbaycan Ordusunun durmadan, dincəlmədən irəliləməsi, inanılmaz dərəcədə çevikliyi, qətiyyəti, sönməz döyüş ruhu və qələbə əzmi! Allah bizə bu zəfərləri bəxş edən Ordumuzu qorusun, onu həmişə beləcə əzmli və yenilməz etsin!” /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI