Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül TƏHLÜKƏSİ

09:59 29-10-2020 | icon 487 | Sağlamlıq
Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül TƏHLÜKƏSİ

Koronavirusdan ölüm hadisələri arasında qripin ağırlaşdırdığı hallar da ola bilər.

 

“Sputnik”in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq, Meçnikov adına Vaksin və Zərdablar Elmi Tədqiqat İnstitutunun direktoru Vitali Zverev xəbər verib.

 

Mütəxəssisin sözlərinə görə, COVID-19 pandemiyası fonunda bir çoxları qripdən çəkinməyi dayandırıb, halbuki bu xəstəlik heç də koronavirusdan az təhlükəli deyil. Belə ki, sözügedən respirator xəstəliyindən ölüm halları dünyada ən yüksək göstəricilərə malikdir.

 

“Məsələn, ABŞ-da mövsümi qrip epidemiyası dövründə 30-40 min insan vəfat edir. Diabet xəstələri, ürək-damar xəstəlikləri və böyrək problemi olanlar isə xüsusi risk qrupundadır. COVID-19-la eyni vaxtda qripə yoluxmaq pasiyentin vəziyyətini lap ağırlaşdıra bilər”, - deyə o, vurğulayıb.

 

Zverev ehtimal edir ki, qrip ağırlaşmalarına görə koronavirusdan ölən xəstələr az olmayıb. Lakin təsdiqlənmiş COVID-19 diaqnozunda həkimlər xəstəni qriplə əlaqədar müayinə etmirlər, laboratoriya diaqnozları qoyulmadığı üçün də bu barədə dəqiq heç nə deyilmir.

 

“Ola bilməz ki, bir il ərzində qrip hadisəsi qeydə alınmasın”, - deyə həkim əlavə edib.

 

Bununla birlikdə, o, bu il qrip infeksiyasına yoluxma halının ötən illərə nisbətən daha az olacağına inandığını deyib:

 

“Adətən qrip epidemiyası şərqdən gəlir. İndi isə sərhədlər bağlıdır”.

 

Həkimin sözlərinə görə, qrip COVID-19 kimi asemptomatik olmadığı üçün insanın dərhal xəstə olduğunu anlayır, özünü təcrid edir və daha az insana yoluxdurur.

 

Zverev son olaraq COVID-19 və qripdən ən yaxşı müdafiə vasitəsinin vaksinasiya olduğunu vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...