Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

17:37 19-09-2018 | icon 475 | Siyasət
Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər  Cəmiyyətlərinin nümayəndələri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, “Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”,- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q.Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb.

 

Millət vəkili Q.Paşayeva hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən də danışıb və iki qardaş ölkəmizin şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri arasında əlaqələrin sürətlə artmasından məmnuniyyət duyduğunu dilə gətirərək onun daha da inkişafına inandığını deyib.

 

Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri, qazilər, hərbçilər cəmiyyətləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər.

 

Görüşün sonunda millət vəkili Q.Paşayeva Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətlərinin nümayəndələrinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib.

 

 Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətlərinin nümayəndələri hər zaman Azərbaycanın yanında olduqlarını bildiriblər və millət vəkili Q.Paşayevaya təşəkkür plaketlərini təqdim ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI