Ağdamımızın işğalına son qoyuldu!

17:48 20-11-2020 | icon 758 | Mədəniyyət
Ağdamımızın işğalına son qoyuldu!

Azadlığın mübarək, Ağdam! Gözün aydın, Azərbaycan!

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunmuş qədim və gözəl Ağdamımızdan yazdı.

 

Versus.Az millət vəkilinin həmin yazısını təqdim edir:

 

Bu tarixi hadisə münasibəti ilə ilk növbədə Ağdam sakinlərini, xalqımızı təbrik edir, ən xoş diləklərimi çatdırıram! Ən böyük təbriklərimiz və təşəkkürlərimiz Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanınadır! Ölkə başçısının Ağdam rayonunun işğaldan azad olunması münasibətilə buğun Xalqa Müraciətində vurğuladığı kimi, “Ağdam üçün yeni dövr başlayır.

 

...Ağdamın işğaldan azad edilməsi Şanlı Hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

 

Tarix Azərbaycanı, Azərbaycanın dövlət başçısını haqlı çıxardı. Ermənistan-Azərbaycan elanolunamış müharibəsinin, torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın təqsiri üzündən siyasi-diplomatik yolla mümkün olmadı, məhz hərbi-siyasi yol öz müsbət nəticəsini verdi. Baxmayaraq ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə məhz siyasi-diplomatik yolla həll variantı üçün nə mümkündüsə, onu etdi. Əvəzində nə oldu? – Bütün dünya aydın şəkildə gördü ki, məhz işğalçı Ermənistanın hüquqtanımaz mövqeyinə görə bu həll mümkün olmadı. Beləliklə, Azərbaycan Dəmir Yumruğu öz tarixi missiyasını yerinə yetirmiş oldu. Bununla BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnaməsi yerinə yetirilmiş oldu. Öz ərazimizi azad etmək bizim tam qanuni haqqımızdı – bu, beynəlxalq hüquqla da belədir, tarixi əsaslarla da, mənəvi faktura ilə də...

Ağdamlı həmvətənlərimiz artıq məcburi köçkün deyil! Bu, doğrudan tarixi hadisədir! Gözümüz aydın olsun!

 

Sonuncu dəfə işğaldan bir neçə ay öncə Ağdam şəhərində olmuşdum. Ağdamla bağlı xatirələrim var. İnanıram ki tezliklə o gözəl şəhər yenidən qurulacaq, Ağdama qaynar həyat qayıdacaq. Ağdam Çörək Muzeyinin, Ağdam Məscidinin, digər abidələrin, mədəniyyət obyektlərinin ilk sırada bərpa olunacağına inanıram.

Azadlığın mübarək, Ağdam! Gözün aydın, Azərbaycan!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...