Partiya sədri koronavirusa yoluxmasından danışdı

10:07 02-12-2020 | icon 493 | Siyasət
Partiya sədri koronavirusa yoluxmasından danışdı

Fuad Əliyev: "Düşünürdüm ki, adi xəstəlikdir, keçəcək, amma yoluxubmuşam"

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev COVİD-19 virusuna yoluxub.

 

Versus.Az xəbər verir ki, partiya sədri artıq özünü yaxşı hiss edir.

 

Koronavirusa necə yoluxması ilə bağlı mətbuata açıqlama verən Fuad Əliyev bildirib ki, əslində harada yoluxduğunu dəqiq bilmir:

 

"İki-üç gün əzələ və sümüklərimdə bərk ağrılar olmuşdu. Havanın dəyişməsinə həssas deyiləm, amma bu ağrılar olanda fikirləşdim ki, bəlkə havanın dəyişməsinə görədir. Sonra bu ağrılarla paralel temperaturum yüksəldi, iştahasızlıq, bədən zəifliyi, halsızlıq yarandı. Özümü ev şəraitində müalicə etməyə başladım. Ailə həkimi ilə tez-tez əlaqə saxlayıb məsləhətlərini alırdım. Düşünürdüm ki, adi bir xəstəlik kimi keçəcək. Amma əlamətlər davam etdiyi üçün artıq yoluxduğumu hiss edirdim. Çox halsız idim. Yüksək temperatur, 38.8, heç düşmürdü. Ağ ciyərləri KT etdirəndən sonra artıq aydın oldu ki, virusa yoluxmuşam. Xəstəxanalarda yer olmadığına görə, özümütədric etməyə qərar verdim. Ailə həkimin nəzarəti altında 12 gün intensiv müəlicə aldım".

 

ALDP sədri koronavirusa hələ də inanmayanlara tövsiyə də etdi. Bildirdi ki, bu virus çox ciddidir:

 

"Heç kimə arzulamaram. Son günlər yoluxanların sayı kəskin çoxalıb. Sosial şəbəkələrdə virusa yoluxanlar haqqında statuslar çoxalıb. Tanıdığım nə qədər adam var ki, hazırda xəstəxanalarda virusla mübarizə aparır. İnanmayanlara isə bir söz deyə bilərəm: İnanmamaq sizin şəxsi işinizdi, amma tətbiq olunan qaydalara əməl etmək lazımdır".

 

Fyad Əliyev bu çətin dövrdə ona dəstək olanlara təşəkkürünü ifadə edib:

 

"Partiya sədrləri, media nümayəndələri məni yada salırdılar. Prezident Administrasiyandan demək olar ki, hər gün səhəttimlə maraqlanırdılar, bu məsələdə məni tək qoymadılar. Mənəvi dəstəyə görə, hər kəsə təşəkkür edirəm, tək-tək hər birinin adını çəkə bilmirəm".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA