Türk ulduz “Milan”la razılığa gələ bilmədi
“Milan”ın türkiyəli ulduzu Hakan Çalhanoğlu ilə klub rəhbərliyi arasında yeni mövsüm müqaviləsi ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib.
Bu barədə “Spor Arena” məlumat yayıb.
“Milan” rəhbərliyi futbolçuya 3.5 milyon avro maaş təklif edib. Lakin H.Çalhanoğlu bununla razılaşmayıb və 5 milyon avro tələb edib.
Xatırladaq ki, bu mövsüm H.Çalhanoğlu 17 qarşılaşmada 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Xəbər lenti
Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib
"Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib"