“Bomj”, işgəncə, çarəsizlik...

18:25 03-05-2023 | icon 2235 | Köşə
“Bomj”, işgəncə, çarəsizlik...

...Və mənəvi intihar

 

ARZU ZEYNALLI

 

Dünya praktikasında “bomj”lar üçün nəzərdə tutulan sığınacaqlar, qidalanma məkanları mövcuddur. Amma nədənsə bütün praktikalardan yararlanan Azərbaycanımızda bundan yan keçilir. Oliqarxlarımız var, amma nə yazıq ki, xeyriyyəçilikləri yoxdur.

 

“Bomj”lara niyə həmişə sadəcə kənardan baxıb keçmişik, bilmirəm. Nədən çəkinmişik? Bəlkə çəkinməmişik, əksinə, dünyalarına müdaxilə etmək istəməmişik. Axı “tərkidünya” adlandıranlar da olub onları. TƏRKİDÜNYA-BOMJ...

 

Bakının əsasən Milli Elmlər Akademiyasının bağında məskunlaşmış görünən Məhəbbət yadınızdadır? Üst-başını demirəm, ayaqlarına sellofan geyinərdi. “Azərnəşriyat”dan kənara getməyən İlyas Ərnəfəsi necə, xatırlayırsınız? Heç birini təsvir etmiyəcəm, çünki xatırlayanların gözlərində canlanacaq surətləri, baxışları, davranışları...

 

Vaxtilə kim olublar, sonra niyə o vəziyyətə düşüblər, bundan da bəhs etmiyəcəm, çünki zamanında qəzetlərdə kifayət qədər yazılıb o barədə. Mən özüm Ərnəfəslə də, Məhəbbətlə də həmsöhbət olub, söhbətimizi qələmə almışam... O müsahibələr kimə nə verdi, bunu da bilmirəm. Sadəcə, mən qonorar aldım... başqa heç nə... Amma onların söhbətini həmişə xatırlayıram. Heç kimdən, heç nədən ehtiyat etmədən fikirlərini bildirirdilər. “Belə desəm yaxşı çıxmaz”, “bunu desəm həbs edərlər”, “ondan danışsam iqtidar deyərlər”, “bundan danışsam müxalifət deyərlər” və sair bu kimi tərəddüdləri yox idi. Deyə bilərik ki, məlum vəziyyətlərindən dolayı itirmək qorxuları olmayıb. Əgər “hər bir İNSANda (fərqi yoxdur nəyisə, kimisə) itirmək qorxusu deyilən bir hiss var” deyiriksə, Məhəbbətlə Ərnəfəs İNSAN deyildimi? Və onu da bilirəm ki, nə demək istədiyimi anladınız...

 

İndi Məhəbbət, Ərnəfəs kimi “bomj”lar qalmayıb. Yox, ev, güzəran problemləri həll olmadı, dünyalarını dəyişdikləri üçün qalmayıb. Sosial şəbəkələrdə parklarda, küçələrdə bürünüb yatmış adamların şəkillərinə rast gələndə vaxtilə “Qaçqınkom”un sədri olan Əli Həsənovun kasıb ailə qalmayacağı proqnozu xatırlanır istər-istəməz. Artıq uşaqdan böyüyə necə deyərlər intensivləşmiş intihar hallarını da nəzərə alsaq, hörmətli Əli müəllimin proqnozuna şəkk qalmır. O mənada ki, ölüb bitəcəklər.

 

İNTİHAR!

Valideynlər dediyini eləmir, incidir, intihar et! İmtahandan kəsildin, intihar et! Sevgilin ayrılır, intihar et! Həyat yoldaşın incidir, xəyanət edir, intihar et! İşsizlik stresi yaşayırsan, intihar et! Xəstəlikdən əzab çəkirsən, ağrılara dözə bilmirsən, intihar et! Borc içində batırsan, intihar et! Banklar məhkəməyə verib, intihar et! İntihar et! İntihar qt!! İntihar et!!!


P.S. Əsas odur ki, bu intiharlar və sadalamadığım daha nələrsə mənəvi intihara köklənməsin...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

24 saatın NƏTİCƏLƏRİ

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər