"Bu həm də o deməkdir ki, Rusiya Azərbaycanla razılaşır və..."

13:57 05-01-2021 | icon 972 | Siyasət
"Bu həm də o deməkdir ki, Rusiya Azərbaycanla razılaşır və..."

Razi Nurullayev: "Xocalı hava limanı Azərbaycan hava yollarının nəzarəti altında fəaliyyətə başlaya bilər"

 

Ermənistanın Azərbaycana qarşı təxribatçı çıxışları davam edir. Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən dərs almayan, öz məğlubiyyətini həzm edə bilməyən Ermənistan və havadarları işğaldan azad olunmuş ərazilərimizi erməniləşdirmək cəhdindən əl çəkmirlər. Ermənistan bu dəfə Rusiyanın sülhməramlı missiyasından istifadə edərək məkirli məqsədlərini reallaşdırmağa çalışır. Hazırda sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində gedən proseslər birmənalı qarşılanmır. Görünən odur ki, Ermənistan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə yenidən canlanmağa çalışır. Belə ki, “Regnum” saytının rus, erməni mənbələrinə istinadən yaydığı məlumata görə Rusiya sülhməramlıları Rusiya-Xocalı uçuşlarını həyata keçirmək üçün Xocalı aeraportunu yanvarın 10-da istifadəyə verməyə hazırlaşır.

 

Məsələyə münasibət bildirən millət vəkili Razi Nurullayev bildirib ki, Xocalı aeroportu Azərbaycanın ərazisi daxilindədir və hansısa erməni, hansısa politoloq ora haqqında ağzına gələni danışacaqsa, bu, həqiqət kimi qəbul edilə bilməz.

 

Millət vəkilinin, hətta erməni deputatının belə fikir səsləndirməsi sözçülük anlamına gələ bilər:

 

“Xocalı Azərbaycan ərazisidir və burada  nəyin necə işləməsini Azərbaycan özü müəyyən edir. Ona görə də mən ermənilər tərəfindən məsələnin bu cür şişirdilməsini təxribat kimi qiymətləndirirəm. Çünki Azərbaycanla  Ermənistan arasında olan razılaşma 10 noyabr bəyanatıdır və həmin sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir məsələ yoxdur. O baxımdan belə bir narahatçılığa əsas görmürəm. Azərbaycan bundan sonra Ermənistanla aparılan danışıqlarda daha qətiyyətli mövqe sərgiləməlidir. Hesab edirəm ki, Azərbaycan danışıqlarda Konstitusiyasından irəli gələn müddəlarla çıxış edəcək”.

 

Rusiya təyyarələrinin Xocalıda eniş etməsi ilə bağlı məlumata gəlincə, millət vəkili aeroportun təyyarə qəbul etmsinə hazır olmaması məqamına diqqət çəkib. O, ekspertlərin rəyinə əsaslanaraq aeraportun işlək vəziyyətə gətirilməsi üçün milyardlarla vəsaitin tələb olduğunu bildirib:

 

“Hazırda Xocalı Hava limanının təyyarə qəbul etməsi mümkün görünmür. O infrastruktur olmadığına görə bu məsələləri söz kimi qəbul edirəm. 10 noyabr razılaşmasında Kommunikasiyaların açılması ilə bağlı məsələ var. Amma konkret Xocalı hava limanı ilə bağlı heç söz deyilməyib. Bununla yanaşı Azərbaycan heç bir zaman birtərəfli qaydada Ermənistana sərhəd açıb, blokadanı qaldırmaz. Hələ Qarabağda separatçı rejimin quldurları tərksilah edilməyib. Belə vəziyyətdə Azərbaycan konnunikasiya xəttlərini aça bilməz, onlarla dostluq edə bilməz. Birinci növbədə separatçı rejim silahı yerə qoymalıdır”.

 

R.Nurullayev Rusiyadan Xocalı aeroportuna uçuşların həyata keçirilməsini mümkün hesab edib. O, bunu Rusiya-Azərbaycan arasında aviasiya sahəsində ikitərəfli müqavilələrin olması ilə əlaqələndirib:

 

"Əgər Rusiya ilə Azərbaycan arasında bu müqavilə varsa və Dağlıq Qarabağ da Azərbaycan ərazisi olduğuna görə, bu, nəzəri, hüquqi cəhətdən mümkündür. Bu həm də o deməkdir ki, Rusiya Azərbaycanla razılaşır və Azərbaycandan icazə alaraq sülhməramlıların öz missiyasını yerinə yetirməsi üçün mümkün şəraiti yaradır. Xocalı hava limanı Azərbaycan hava yollarının nəzarəti altında fəaliyyətə başlaya bilər". /hafta.az/

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI