"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

13:23 12-01-2021 | icon 380 | Siyasət
"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Fuad Əliyev: "Paşinyanın gərqinliyi onu göstərdi ki, o, istədiyinə yenə də nail ola bilmədi"

 

Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda sonrakı addımları birlikdə müzakirə etmək olub.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hesab edir ki, bu görüş və imzalanan bəyanat Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb.

 

"İmzaladığı sənədin əsas müddəlar:

-Kommunikasiyaların bərpası Azərbaycan, Rusiya, Ermənistan və digər region dövlətlərinin maraqlarına cavab verir;

-Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında gətirib çıxardacaq

Və ən əsası:

-Dağlıq Qarabağ konflikti keçmişdə qalıb

 

Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.

“Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanması deməkdir.

Öz növbəsində bu kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq.

Azərbaycanın qardaş Tükiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geo-iqtsadi əhəmiyəti artacaq".

 

Fuad Əliyev vurğulayıb ki, bəzi müxalifət nümayəndələri Rusiyanın Azərbaycana yeni güzəştlər qəbul etdirəcəyini və hərbi mövcudluğunu gücləndirəcəyibi iddia edirdilər. Amma yenədə onların proqnozları düz çıxmadı:

 

"Azərbaycan tərəfi öz milli maraqlarını sonacan müdafiə etdi. Paşinyan da daxil olmaqla Ermənistanda hər kəs məğlubiyyətin baş verdiyini başa düşür. Onun mətbuat konfransında gərqinliyi onu göstərdi ki, istədiyinə yenə də nail ola bilmədi.

Məlum məsələdir ki, bir çox məsələlər bağlı qapılar arxasında qaldı.

Sənəddə “Dağlıq Qarabağ” sözü keçmədiyi kimi, burada “status” və “hərbi əsirlər” məsələsindən də söhbət açılmadı.

Artıq onları “hərbi əsir” deyil, “terrorçu” kimi qiymətləndiriləcəklər. Bu isə Azərbaycanın dövlət təhlükəsizliyinin təmin etmək üçün müvafiq addımların atılmasına əsas verir. Və bu addımlar artıq erməni terrorçulara qarşı atılır.

Qarabağ Azərbaycandır!"

 

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır