Millət vəkili AŞPA-da Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə danışıb

16:20 08-10-2018 | icon 464 | Siyasət
Millət vəkili AŞPA-da Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə danışıb

 

Qənirə Paşayeva: “Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və onun bu addımlarını dəstəkləyirik”

 

 

AŞPA-nın payız sessiyasının ilk günü Assambleyada “Progress report” və “Türkiyədə keçirilən seçkilər” mövzusunda müzakirələrdə millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın “Azad Demokratlar Qrupu” adından çıxış edib və Türkiyə əleyhinə yalanlara qarşı arqumentlərlə cavab verib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili vurğulayıb ki, Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir:

 

“Bu baxımdan AŞPA və ATƏT müşahidəçiləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan və parlamentlərindən çoxlu sayda müşahidəçilər 24 iyun seçkilərini müşahidə etmək dəvət olunmuşdur və bizə məlumat verilmişdir ki, Türkiyə rəsmiləri onların Beynəlxalq Seçkiləri Müşahidə Missiyası ilə tam əməkdaşlığını bütün ölkə boyu genişləndirmişdir. Biz bu gün müzakirəyə çıxarılan hesabatda da Türkiyədəki seçkilərdə ümumi müsbət qiymətləndirməni görürəm”.

 

Q.Paşayeva bundan başqa bu hesabatla bağlı dəqiqləşdirilməli bir sıra məsələlərə də diqqəti cəlb etmək istədiyini vurğulayıb:

 

“Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin gəlişini azaltmaq məqsədi daşıyırdı. Bu halı qeyd edən hesabat nəzərə almayıb ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi/birləşdirilməsinin həyata keçirilməsi seçicilərin azad seçim etmək hüququna mane olan PKK/KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəlmişdir. Ağrı/Doğubeyazıt-da seçkilərdən sonra müşahidəçilərin bir seçki qutusunun məhv edilməsi PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir.

 

Millət vəkili Qənirə Paşayeva həmçinin media sahiblərinin siyasi mənsubiyyətinin nəticəsi olaraq media müxtəlifliyi üzərində məhdudiyyətlərlə bağlı verilən bəyanatlarla bağlı narahatlığı da ifadə edib:

 

“Türkiyədə 1700-dən artıq media və kütləvi informasiya vasitələri var. İfadə azadlığı və informasiya almaq və vermək hüququ Konstitusiya ilə təmin olunub. Bundan başqa, Ali Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun müxtəlif və plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan olaraq tənzimləyici və nəzarət fəaliyyətini həyata keçirir. Fövqəladə vəziyyətə gəlincə, bu, terrorla mübarizəda Türkiyənin legitim tələbidir. Bu, plüralist və həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilmişdir. 2017-ci ildə Fransada keçirilən seçkilər faktiki olaraq bunun son nümunələrindən birini təşkil edir. Bütün bunları nəzərə alaraq biz, təmsil etdiyim Azad Demokratlar Qrupu inanırıq və bəyan edirik ki Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxxalq normalara uygun keçirilib. Biz eyni zamanda Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və onun bu addımlarını dəstəkləyirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA