Qənirə Paşayeva AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb

13:48 11-10-2018 | icon 349 | Siyasət
Qənirə Paşayeva AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb

Millət vəkili, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da məruzəçi Frank Şvabenin hazırladığı “Avropa Şurası və BMT-nin insan haqlarına monitorinq qurumları tərəfindən "boz zonalar" daxil olmaqla üzv-dövlətlərə qeyri-məhdud çıxış” adlı məruzəsinin müzakirəsində çıxış edən və Azərbaycan əleyhinə yalanlarla çıxış edən işğalçı Ermənistan heyəti üzvlərinin Azərbaycan, Qarabağ problem ilə bağlı yalanlarına sərt cavab verib:

 

"Azərbaycan torpaqlarının 20 faizi 25 ildir ki Ermənistanın işğalı altındadır və rəsmi İrəvan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq bu günə qədər işğal etdiyi torpaqları işğaldan azad etməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub. 25 ildir ki, 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz bölgələrinə, öz evlərinə dönə bilmirlər. Yəni, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi Osetiya, Dnestyanı və Krımdan çox fərqlidir. Çünki bir daha vurğulayıram ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada sadəcə separatçılar, terrorçular, Ermənistan ordusu, əsgərləri var. Yəni, məruzəçinin boz zona adlandırdığı həmin bölgələrdə 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını pozanlar yaşayır. Beynəlxaq insan haqları müdafiəçilər, BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köşkünlərlə görüşməlidir, böz bölgədə onları köçkün salan işğalçılarla, separatçılarla, terrorçularla, əsgərlərlə deyil".

 

Q.Paşayeva qeyd edib ki, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycan qanunverciliyinə ziddir:

 

"Onların çoxu Avropa Şurası üzvü ölkələrinin təmsilçiləridir və onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara, fəaliyyətlərə baxsanız, görərsiniz ki, bunlar işğalçıya dəstək xarakteri daşıyır və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında bu Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların kobud qanun və beynəlxalq hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı addımlar atıb. Heç bir addım. Bütün bunlardan sonra təbii ki, Azərbaycan təmsilçisi olaraq belə bir sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq".

 

Millət vəkilinin sözlərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş 2 azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir:

 

"AŞPA baş katibinin belə çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin çağırışlarına əməl edəcəyini düşünmək sadəlövlük olardı. Ona görə də işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistan baş naziri Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan bölgələrinə göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Daha sərt mövqeyi olmalıdır AŞPA-nın. Ona görə mən hər kəsi bu məsələyə daha geniş baxmağa və işğalçılara qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz budur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA