“20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO

01:49 20-01-2021 | icon 267 | Mədəniyyət
“20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO

Xalq artisti, qaboy alətinin mahir ifaçısı Kamil Cəlilov bu gün 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 



20 Yanvar hadisələrinin dəhşətləri onun qaboy ifasının fonunda insanların yaddaşında yenilənib.

 

“Xalq bilir ki, yanvar hadisələrində mənim çalğım olmasaydı, ah –naləni bu dərəcədə çatdırmaq olmayacaqdı. Camaat yalçın qalmışdı, bilmirdi ki, şəhidlərin ah-naləsini nə təhər dünyaya çatdırsın. Mənim qaboyum o zamanlarda ağlayırdı”, - K.Cəlilov bildirib.


Hüznlü "Zəminxarə" musiqisinin ifasından danışan K.Cəlilov deyib:



“Bu mənim ideyam oldu. Faciələrin şahidi idim. Bu təsirdən sonra yalnız həmin muğamı ifa edə bilərdim. Lakin "Zəminxarə" qəmli mahnıya çevrildi. Əslində isə insanları nəticə çıxarmağa, cəsarətli olmağa çağırırdım”.  


Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. A.Zeynallı adına Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşa nağaraçı, sonra qarmon ifaçısı olub. Daha sonralar qaboy ifaçılığına keçib.



Xalq artisti qaboyda "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi"ni ustalıqla ifa edir.



“Şöhrət” ordenli, 83 yaşlı sənətkarın ən böyük arzularından biri Qarabağda "Qarabağ şikəstəsi"ni çalmaqdır. /modern.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA