Müəllimlər üçün yeni MÜSABİQƏ

11:53 10-02-2021 | icon 630 | Təhsil
Müəllimlər üçün yeni MÜSABİQƏ

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilir.

 

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.

 

İki mərhələrdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunacaq. Hər müəllim yalnız bir onlayn dərs modeli ilə müsabiqədə iştirak edə bilər.

 

Müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə üç ən yaxşı onlayn dərs modeli seçilərək [email protected] elektron ünvanına göndəriləcək. 15 mart-15 aprel tarixlərində keçirilməsi planlaşdırılan müsabiqənin şəhər mərhələsində məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.

 

Müsabiqənin qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15 onlayn dərs tədris edən müəllimə tərifnamə təqdim olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI