“Liverpul” itirə-itirə gedir
İngiltərə Premyer Liqasının XXV turu Mersisayd derbisi ilə əlamətdar olub.
“Liverpul” öz meydanında “Everton”la qarşılaşıb.
Bu matçaqədərki son üç oyunda “Brayton” (0:1), “Mançester Siti” (1:4) və “Lester”ə (1:3) uduzan Yürgen Kloppun komandası derbidən də başıaşağı ayrılıb.
“Everton” hər hissədə bir qol vuraraq qarşılaşmadan 2:0 hesablı qələbə və 3 xalla ayrılıb.
“Liverpul” isə ardıcıl dördüncü məğlubiyyətlə barışmalı olub.
Xəbər lenti
Tanınmış bəstəkara həsr olunmuş KATALOQ
Bəstəkarın Milli Azərbaycan Tarixi Muzeyində toplanan materialları əsasında...