Virusun ağciyərlərə enməsini dayandıran 3 ucuz vasitə

12:00 19-04-2021 | icon 357 | Sağlamlıq
Virusun ağciyərlərə enməsini dayandıran 3 ucuz vasitə

Türk stomatoloq Aykan Onur Atilla bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmaların olduğunu söyləyib.

 
 
 
"Pandemiya zamanı insanlar ağız sağlamlığına laqeyd yanaşmamalıdır. Diş klinikalarında lazımi tədbirlər görülür və xəstələrə bununla bağlı müdaxilələr edilir. Diş həkimi olaraq öyrəndiyimiz ən vacib məsələ özümüzü və xəstələrimizi yoluxucu xəstəliklərdən qorumaqdır. Bu səbəblə pandemiya dövründə ağız boşluğumuzun qeydinə qalmalıyıq. Bunun üçün hansı tədbirlərin görülməsinin lazım olduğu məlumdur", - stomatoloq bildirib.
 
 
 
A.O.Atilla əlavə edib ki, 30 saniyə ərzində bəzi aktiv maddələrlə ağız boşluğunun qarqara edilməsinin koronavirusun qarşısını aldığını göstərən klinik araşdırmalar var:
 
 
"Povidon yod, hidrogen peroksid, xlorgeksidin kimi ilk müdafiə vasitələri ilə virusun ağciyərlərimizə daxil olmasını dayandıra bilərik".
 
 
Stomotoloq pandemiya dönəmində xəstələrin daha çox diş sıxılması şikayətləri ilə müraciət etdiklərini deyib:
 
"Son vaxtlar, əsasən, diş sıxılması və çənə-oynaq narahatlığı ilə klinikamıza müraciət edirlər. Virusun yaratdığı təzyiq insanların dişlərinin sıxılmasına, qulağın ön hissəsində ağrıya səbəb olub. Stomatoloq olaraq bunun üçün müxtəlif tədbirlər görürük. Çənə oynağının sağlamlığı vacib şərtdir, geri dönülməz bir xəstəlikdir. Bu, stressdən yaranır. Müalicəsi var, önəmli olan müalicəni gecikdirməməkdir". /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI