Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

11:06 07-06-2021 | icon 1280 | Gündəm
Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Minaya düşən KİV əməkdaşlarına etinasız qalmamağa çağırış edildi

 

Sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq başlamış Vətən müharibəsi 10.11.2020-ci il tarixində 3 tərəfli bəyanatın imzalanması və Azərbaycan Ordusunun parlaq qələbəsi ilə sona çatıb.

 

Həmin Bəyanat imzalanandan sonra, dəfələrlə edilən müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Ermənistan tərəfi qeyri-insani davranmaqla və beynəlxalq normaları kobud şəkildə pozmaqla işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritələrini qəsdən verməkdən yayınır. O cümlədən, bölgədəki sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar olmasına mane olmağa davam edərək regional vəziyyəti gərginləşdirir. İyun ayının 4-də Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində iki jurnalist olmaqla üç Azərbaycan vətəndaşı həlak olub, dörd nəfər isə ağır yaralanıb.

 

Bununla bağlı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, ümumilikdə 230 beynəlxalq təşkilata üç dildə rəsmi müraciət ünvanlayıb.

 

Vəkillər Kollegiyası bu müraciətlə həmin təşkilatları baş verən insan hüquqları pozuntusuna etinasız qalmamağa, səlahiyyətlərindən irəli gələn vəzifələrə məsuliyyətlə yanaşmağa, o cümlədən Ermənistan hərbi-siyasi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməklə bağlı öhdəliklərinə və beynəlxalq humanitar hüququn normalarına əməl etməsi üçün tədbirlər görmələrinə çağırır!

 

Qeyd olunan müraciət üç dildə təqdim edirik:

 

Müraciət: Azərbaycan dilində

Müraciət: Rus dilində

Müraciət: İngilis dilində

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...