Bu gün bu barədə statistika vermək mümkün deyil

20:03 22-06-2021 | icon 356 | Hadisə
Bu gün bu barədə statistika vermək mümkün deyil

Ekspert: “Sanksiyalar, cəza tədbirləri tətbiq edilməli, hətta cinayət işi aqçılmalıdır”

 

Yasamal rayonunda baş verən yanğınla bağlı narazılıq səngimək bilmir. Ötən gün millət vəkili Fazil Mustafa da  baş verən yanğınla bağlı tənqidi fikirlər söyləyib: “Dünən yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orda olan insanların yaşayış səviyyəsindən ölçülür. Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir.

 

Burada təkcə fərdi cinayətlərdən söhbət getmir. Hamı bu cinayətin iştirakçısına çevrilməkdədir. Necə ola bilər ki, sən binaların o vəziyyətdə tikilməsinə icazə verəsən? Ora nə yanğınsöndürən, nə təcili tibbi yardım maşını girə bilməsin. O binalarda yaşayanların təhlükəsizliyini düşünmürlər, bu gün 100-lərlə vətəndaş evlərindən köçərək kirayədə qalır, amma evlərinə qayıda bilmir. Pilot layihələr tikilib qurtarmır”.

 

Yada salaq ki, iyunun 21-də Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verib.  Fövqəladə Hallar Nazirliyi yanğının baş vermə səbəbini belə izah edib: “Yaşayış kompleksinin həyətinə girişdə, habelə həyətdə vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən avtonərdivanın yanğın yerinə yaxınlaşaraq tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən, yanğınsöndürənlər, təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada, bilavasitə mənzilin daxilində aparmalı olublar.

 

Mühafizə sistemi haqqında nə bilirik? - Elmar Nurəliyev - MÜSAHİBƏ

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev binalarada ara-sıra yaranan problemlərlə bağlı  danışıb: “Yaşayış binalarının tikintisi zamanı artıq layihələndirmə aparılanda bütün təhlükəsizlik qaydalarına, norma və standartlara riayət olunmasına riayət olunmalıdır. Yəni bina tikiləndən sonra yanğın təhükəsizlik qaydaları, ətraf mühitin təhlükəsizliyi və sairə haqda qərar vermək artıq gecdir. Çoxmənzilli yaşayış binalarında yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına diqqət etmək lazımdır. Binaların həyətində mütləq ehtiyat su çəni, yanğın hidrantları, su dirəkləri, yanğın siqnalizasiya vasitələri, avadanlıq və qurğuları olmalıdır. Özü də bunlar daim işlək və saz vəziyyətdə olmalıdır. Binanın həyətində hər hansı fövqəladə vəziyyət, yanğın zamanı su çənindən istifadə üçün ehtiyat çənin ətrafında 12 metr radiusunda möhkəm döşəmədən ibarət olan meydança olmalıdır ki, həmin maşınlar onun ətrafından fırlanıb həmin ehtiyat su çənindən istifadə edə bilsinlər. Ümumiyyətlə, binaya  nəzarət edən şirkətlə, kommendant məsuliyyət daşımalıdır. Düzdür insanların da üzərinə məsuliyyət düşür, onlar da diqqətli olmalıdırlar. Komendant borcludur ki, bunları təmin eləsin. Binanın həyətində yolun hərəkət istiqamətində nəqliyyat vasitələrinin saxlanmamasına şərait yaratmalıdır. Yəni onu təmin etməlidir. Buna görə o məsuliyyət daşıyır”.

 

Ekspert hesab edir ki, qaydalara əməl etməyənlərə cəza tətbiq edilməlidir: “Təbii ki, aidiyyati üzrə qurumlar da buna görə məsuliyyət daşımalıdır. Onlar da buna nəzarət etməlidir. Birinci dəfə aşkar edilibsə, xəbərdarlıq edə bilər, ikinci dəfə sanksiya, üçüncü dəfə bir cəza tədbiri tətbiq olunmalıdır.  Hətta hadisə baş verəndən sonra tələfat olarsa, böyük maddi ziyan dəyərsə, binanı işlədən şirkət rəhbərinə, yaxud komendanta qarşı cinayət işi açıla bilərdi. İnsanlar xəsarət alandan sonar bunu eləmək lazım deyil, hadisədən əvvəl addımlar atılmalıdır.   

 

İndi binalar tikilir, bir-birinin arasında məsafə yoxdur. Konstitusiyanın 39.1-ci maddəsində qeyd edilir ki, hər bir insanın sağlam yaşamaq haqqı var. Əgər bina bir-birinə yaxın tikilibsə, günəş enerjisindən məhrum olur. Görürsünüz, insanlar sağlam ətraf mühitdə yaşamaq hüququndan məhrum olub. Burda tək bir nəfər cəzalandıılmamalıdır, buna kompleks yanaşılmalıdır. Müvafiq qurumlar da, binanı işlədən şirkət də, komendant da və sakinlər də  məsuliyyət daşımalıdır. Sakinlər binanın qarşısında avtomobili saxlamasınlar. Bir tərəfdən sakinləri də qınamaq olmur, bina tikilib, qarajı yoxdur. Onda qarajı yoxdursa, necə istismara verilib. Gördüyünüz kimi, məsələ kompleks yanaşma tələb edir. Binaların əksəriyyətində hidrantlar var, amma işləmir.  Hidrantlar mütləq nömrələnməlidir, hidranta qədər olan məsafə göstərilməlidir. Hidrantın olduğunu göstərən lövhələr vurulmalıdır. O lövhələrin görünməsi üçün işıqlandırma olmalıdır. Hansı binanın həyətində 100 metr məsafədə hidrantın olduğunu göstərən lövhə var? Su çənlərində daim su olmalıdır”. / Musavat/

 

versus.az 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Hava xəbərdarlığı üçün MOBİL TƏTBİQ

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...