Bakıda it sürüsü uşaqlara hücum etdi

17:32 07-07-2021 | icon 360 | Hadisə
Bakıda it sürüsü uşaqlara hücum etdi

Dünən Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda həyəcanlı anlar yaşanıb.

 

Versus.az  Bakupost.az-a istinadən xəbər verir ki, parkda gəzən uşaqlara it sürüsü hücum çəkib. Uşaqlardan biri yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, parkda dincələn sakinlərin müdaxiləsi olmasaymış, bədbəxt hadisə baş verəcəkmiş.

 

Xəsarət alan uşaq dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə dərman vurulub.

 

Xəstəxanadan bildirilib ki, xəsarət alan şəxs Teymur Mirzəxanlı adlı yeniyetmədir. İtlər onun ayağını dişləyib.

 

Qeyd edək ki, analoji hadisə Abşeron ərazisində bir neçə dəfə baş verib. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, problemin həlli istiqamətində heç bir addım atılmır. Yiyəsiz ev heyvanları əhalinin ən sıx olduğu yerlərdə sürü halında dolaşırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR