Mətbuat Şurası bu saytların fəaliyyətinə xitam verə bilərmi?

11:57 16-11-2018 | icon 1091 | KİV
Mətbuat Şurası bu saytların fəaliyyətinə xitam verə bilərmi?

 

Mətbuat Şurasına üzv olan Kütləvi İnformasiya Vasitələri hansı halda üzvlükdən çıxarıla bilər?

 

Versus.Az Metbuat.az-a istinadən xəbər verir ki, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə açıqlamasında bildirib ki, şuranın fəaliyyəti dövründə belə bir hadisə baş verməyib:

 

“«Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı davamlı şəkildə pozan media qurumları, eyni zamanda Mətbuat Şurasının fəaliyyət prinsiplərinə zidd hərəkət edən KİV nümayəndələri üzvlükdən çıxarılır. Düzdür, fəaliyyətimiz dövründə belə bir hadisə baş verməyib. Çünki nümayəndələri üzvlüyə qəbul edən zaman yüz ölçüb, bir biçirik. Bütün hallarda, jurnalistlər qəbul edilən peşə davranış qaydalarına əməl etsinlər”.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə əlavə edib ki, Mətbuat Şurasının üzvlüyünə xitam verilməsi üçün bir sıra səbəblər var:

 

“Mətbuat Şurasının konkret qaydaları var. O qaydalar çərçivəsində fəaliyyət göstərməyən Kütləvi İnformasiya Vasitələri Mətbuat Şurasının üzvlüyündən xaric edilə bilər. Bu, birincisi üzvlük haqqıyla bağlıdır. Mətbuat Şurasına bəlli bir məbləğdə üzvlük haqqı ödənilməlidir. Mütəmadi olaraq üzvlük haqqını gecikdirən, onu ödəməyən, yaxud da üzrsüz səbəbdən ödəməkdən imtina edən KİV Mətbuat Şurasının üzvlüyündən xaric edilə bilər. İkincisi, «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı davamlı şəkildə pozan və Mətbuat Şurasını xəbərdarlıqlarına əməl etməyən KİV şuranın üzvlüyündən xaric edilə bilər. Üçüncüsü isə Mətbuat Şurası üzvlüyündən könüllü xaricedilmədir. Yəni, üzv təşkilat ərizə ilə müraciət edib, Mətbuat Şurasında üzvlüyünü dayandıra bilər. Bu cür hallar baş verdikdə Mətbuat Şurasının üzvlüyünə xitam verilir. Əlavə olaraq, Kütləvi İnformasiya Vasitələri ümumiyyətlə fəaliyyətini dayandırarsa, onun da üzvlüyünə xitam verilir. Yəni, faktiki olaraq mövcud olmayan KİV, yaxud da ki jurnalist təşkilatının Mətbuat Şurasının üzvlüyündə qalması mümkün olmadığına görə, üvlükdən xaric edilir. Bundan başqa, Mətbuat Şurasının üzvlüyünə xitam verilməsiylə bağlı ciddi səbəblər yoxdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI