COVID-19 sənədlərində nöqsanlar aşkarlanan şəxslərin SAYI

17:38 09-08-2021 | icon 895 | Sağlamlıq
COVID-19 sənədlərində nöqsanlar aşkarlanan şəxslərin SAYI

Bu günə qədər Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları 2 000-dən çox obyektdə monitorinq aparıb.

 

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, aparılmış tədbirlər nəticəsində şənlik mərasimləri təşkil olunan obyektlərin xidmət personalı və qonaqlar arasında peyvənd və yaxud immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb, xidməti personalın vaksinləşmə göstəricisi 80 %-dək yüksəlib.

 

Bununla belə, bəzi obyektlərdə qayda pozuntusu hallarına hələ də rast gəlinir. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 249 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 25 minə qədər şəxsin sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1200 nəfərə qədərinin tələblərə əməl etmədiyi müəyyən olunub.

 

Müşahidələr göstərir ki, əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.

 

Monitorinq qrupları məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntular aradan qaldırılır və tədbirlərin qaydalara uyğun keçirilməsi təmin edilir, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI