"Azərbaycan öz maraq və mövqeyini ortaya qoyacaq"

10:19 16-08-2021 | icon 741 | Müharibə
"Azərbaycan öz maraq və mövqeyini ortaya qoyacaq"

Şair Ramaldanov: “Azərbaycanı narahat edən məsələlər öz həllini tapmalıdır”

 

Azərbaycan Müdafiə Nazirliyinin sərhəddə və Qarabağda baş verən son proseslər fonunda verdiyi bəyanat Rusiyaya xəbərdarlıq, Ermənistan üçün isə “əcəl qılıncı” kimi dəyərləndirilməklə birmənalı qəbul edilmir. Müdafiə Nazirliyi bəyan edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına əsasən sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Rəsmi məlumata əsasən, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının qoyulması halları müşahidə olunur. Bir sözlə Ermənistanın revanşist siyasətindən əl çəkmədiyini göstən bu faktlar Azərbaycan Müdafiə Nazirliyinin sərt bəyanatı ilə qarşılanıb. Nə baş verir, Azərbaycan hansı yeni prosesə daxil ola bilər?

 

Hərbi ekspert Şair Ramaldanov şərhində bildirib ki, Müdafiə Nazirliyi məlum bəyanatı  ilə sülhməramlı qüvvələri və Ermənistanı Azərbaycanı narahat edən addımlar atmamağa çağırıb. O, bildirib ki, bu bəyanatın əsasında sülhməramlı qüvvələrin rəhbərliyi ilə müəyyən danışıqlar aparılıb. Ekspert hesab edir ki, Azərbaycanı narahat edən məsələlər öz həllini tapmalıdır.

 

Bununla yanaşı Ş.Ramaldanov burda hər hansı fövqaladə vəziyyət görmədiyini  və bunun iş prosesində olan addımlara verilən bir reaksiya olduğunu deyib. Onun sözlərinə görə, sərhəddə və sülhməramlıların nəzarətində olan ərazilərdə təxribatçı addımların hansı əsaslarla atıldığı araşdırılandan sonra Azərbaycan tərəfi öz maraq və mövqeyini ortaya qoyacaq:

 

“Düşünürəm ki, hər şey Azərbaycanın maraqlarına uyğun yerinə yetirilməlidir. Çünki sülhməramlılar ərazidə ona görə yerləşiblər ki, Azərbaycan ərazisində yaşayan erməni millətindən olan ermənilərin təhlükəsizliyini təmin etsinlər. Bütün proseslər onu göstərir ki, Azərbaycan tərəfindən heç bir təhlükə yoxdur. Azərbaycanın erməniləri soyqırım etmək planı yoxdur. Ona görə də düşünmürəm ki, hansısa əlavə addımlar atmağa ehtiyac var. Amma regionda sühməramlıların iştirakı ilə müəyyən xoşagəlməz proseslər gedir. Bu da Azərbaycan tərəfini narahat eləməyə bilməz. Azərbaycan tərəfi sivil şəkildə öz münasibətini bildirib. Ermənistanı revanşist addımlardan çəkinməyə dəvət edib və bütün məsələlərin Azərbaycanın maraqları çərçivəsində həll olunmasına dair öz bəyanatını verib. Bəyanatda deyilir ki, Azərbaycan bu cür hərəkətləri pisləyir və hərbi təxribatların genişlənməsinə yol verməyəcək. Ona görə də bu məsələlər öz həllini tapacaq”.

 

Ş.Ramaldanov bildirib ki, Azərbaycanda yaşayan müəyyən ermənilər, Ermənistanda və ondan xaricdə olan bəzi qüvvələr var ki, vəziyyətin gərgin formada saxlanmasında və sülh sazişinin bağlanması prosesinə əngəl törətməkdə  maraqlıdırlar. Onun fikrincə, bütün proseslər onu göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi çox vaxt keçmədən imzalana bilər. Sülh müqaviləsindən sonra narahatlıq doğuran məsələlər də həll olunacaq:

 

“Hələlik sülhməramlılarla bağlı bizim elə bir ciddi problemimiz yoxdur.  Bölgədə Türkiyənin də iştirak etdiyi monitorunq qrupu var. Onlar da əllərində olan təlimatlar əsasında proseslərə nəzarət edirlər. Düşünürəm ki, hər şey qaydasına düşəcək”.

 

Hərbi ekspert hesab edir ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı ona hesablanıb ki, ictimaiyyət hər şeyin nəzarət altında olduğunu görsün. Bununla eyni zamanda sülhməramlılara Azərbaycanın mövqeyi bildirilir:

 

“Biz maraqlarımız çərçivəsində addımlar atacağıq. Digər tərəfdən Azərbaycanın yetərli qədər gücü, iradəsi var ki, Azərbaycana qarşı edilən çıxışlara öz qəti mövqeyini göstərsin”.

 

Hərbi ekspert Ermənistanın müdafiə nazirlərinin hamısının belə sərsəm ritorika ilə çıxış etdiyini deyib:

 

“erməni müdafiə nazirlərinin çomağı öz başlarında sınacaq. Əgər Ermənistanın müdafiə naziri öz müharibə ritorikasından əl çəkməyəcəksə, o zaman Azərbaycan Silahlı Qüvvəllərinin Baş Komandanı, Prezident İlham Əliyevin Dəmir Yumruq haqqında dediyi fikri reallaşa bilər. Bu Yumruq hər an Ali Baş Komandanın əmrini yerin yetirməyə və Azərbaycanı hər hansı aqressiyadan və təxribatdan qorumağa qadirdir”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI