Dövlət Miqrasiya xidmətindən əcnəbilərə MÜRACİƏT
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan, yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən verilən məlumata görə, Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli, 248 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 noyabr saat 06:00-dək uzadılıb:
“Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək. Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (sentyabr ayı üzrə 4 və 5, 11 və 12, 18 və 19, 25 və 26 tarixlərində oktyabr ayı üzrə 2 və 3, 9 və 10, 16 və 17, 23 və 24, 30 və 31 tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər”.
“Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyən) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur”, - deyə məlumatda bildirilib.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...