"Avropa Birliyi Türkiyəni sıralarına daxil etməlidir"
"Avropa İttifaqı (Aİ) Türkiyəni öz sıralarına daxil etməlidir, çünki təşkilatın sərhədlərinin genişlənməsi yalnız Türkiyə deyil, həm də Aİ-nin özünün marağındadır".
Versus.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyəli nazir daha sonra əlavə edib:
"Bu gün Türkiyə terrorizmlə mübarizə aparır ki, bu da Avropa İttifaqının marağındadır".
M.Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə Aİ-dən bütün terror təşkilatlarına, xüsusən PKK terror təşkilatı və Fətulla Gülən hərəkatına qarşı mübarizədə lazımi dəstəyi tələb edir.
Xəbər lenti
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK
"Arayışlar sığorta çərçivəsində qarşılanmır"